ExpressMaarifləndirmə layihəsinin “gənc bankirlər”i məzun oldu
® Gənc nəslin inkişafı üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdıran, ölkənin aparıcı banklarından olan Expressbank, Expressmaarifləndirmə layihəsi çərçivəsində iyul ayında məktəblilər üçün təlimlər təşkil etmişdir.
Yay məktəbi çərçivəsində ADA universitetinin dəstəyi ilə reallaşdırılan 3 günlük təlimlər şəhərin müxtəlif məktəblərindən seçilən 44 nəfər gənc iştirakçını bir araya gətirdi.
ADA-Avropa İttifaqının birgə təşəbbüsü ilə artıq 4-cü ildir ki, 11-15 yaş arası məktəblilər üçün təşkil edilən “Yay düşərgəsi” bu il “Sahibkarlıq və bankçılıq” mövzusunda təlimləri Expressbank-la birlikdə “Gənc bankir” şüarı altında təşkil edib. Təlimlər müddətində gənc iştirakçılar bankın peşəkar mütəxəssisləri ilə birlikdə öyrənməklə yanaşı əyləncəli saatlar keçirərək həm də faydalı məlumatlar əldə ediblər.
İştirakçılar təlimlərdə hər günün mövzusuna uyğun təqdimatlar və öyrədici videoçarxlar izləyib, mövzuların mənimsənilməsi məqsədilə Expressbank-ın filiallarında olublar. Onlar burada peşəkar bank işçiləri ilə görüşmüş, bank xidmətləri və məhsullar barədə suallarını ünvanlayaraq yeni biliklərə sahib olublar.
İştirakçılar həmçinin Bank kartları və bankomat, Keyfiyyətə nəzarət və müştəri məmnuniyyəti, Kiber təhlükəsizlik, Gənc Bankir, Emosional zəka, Rəqəmsal bankçılıq, Hüquq, İctimaiyyətlə əlaqələrin rolu, Bank məhsulları və bir çox mövzu üzrə informativ sessiyalarda aktiv iştirak etdilər. Görüşlərin sonuncu günü gənc iştirakçılar Expressbank-ın Müşahidə Şurasının üzvü Vaqif Davudov ilə görüşüblər. Vaqif Davudov 25 ildən artıq bank sahəsində topladığı zəngin təcrübə və biliklərini iştirakçılarla bölüşdü. Həmçinin gənclərə gələcəkdə həyatlarında faydalı ola biləcək məsləhətlər verərək onların öyrənmək həvəsi ilə ünvanladıqları sualları da cavablandırdı.
Üç günlük təlim və seminarların sonunda iştirakçılar “Gənc bankir” sertifikatı ilə təltif edilərək Express İnkişaf Mərkəzinin ən gənc məzunlarına çevrildilər.
Qeyd edək ki, Expressbank-ın nəzdində fəaliyyət göstərən “Express maarifləndirmə” layihəsinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Cari ilin ilk altı ayında layihə çərçivəsində 300 tələbə məzun olaraq müxtəlif bank biliklərinə yiyələniblər. Təlimlər hər ay müxtəlif mövzuda təşkil edilir. İştirak etmək istəyənlər elanları Expressbank-ın Express Karyera facebook səhifəsindən izləyə və cv-lərini [email protected] elektron ünvana göndərə bilərlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir

























