Yaponiyanın ən böyük turizm agentliyi Azərbaycana birbaşa tur təşkil edəcək

Yaponiyanın dünya şöhrətli “HIS” şirkəti cari ilin aprelində Azərbaycana ilk birbaşa tur təşkil edəcək “HIS” şirkətinin baş meneceri Keniçi Kobayaşi və səfərin təşkilatçısı “Cross Border Club”ın prezidenti Kazuyasu İşida bildiriblər ki, əsas məqsəd regionun lider dövləti olan Azərbaycanı yapon turistlərə daha yaxından tanıtmaqdır.
“HIS” şirkəti haqqında məlumat verən K.Kobayaşi bildirib ki, bu şirkət Yaponiyada xarici səfərlərin təşkili üzrə ən böyük turizm agentliyidir. Təsadüfi deyil ki, əhatə dairəsinə və turistlərin sayına görə bizim şirkət “Ginnesin rekordlar kitabı”na daxil edilib. Şirkətimiz 37 ildən çoxdur ki, fəaliyyət göstərir. Yaponiya daxilində 300, xarici ölkələrdə isə 120-dən çox filialımız var. İşçilərin ümumi sayı 15 min nəfərdən çoxdur. Son zamanlar yapon turistlər arasında Mərkəzi Asiya, Qafqaz və Azərbaycana maraq artıb. Bu ilədək biz Azərbaycana səfərləri Qafqaz və ya Birləşmiş Ərəb Əmirlikləri turunun tərkibində təşkil edirdik. Lakin ölkənizə artan maraq ilk dəfə olaraq Azərbaycana xüsusi turun təşkilinə təkan verdi. Bu məsələdə “Cross Border Club”ın prezidenti Kazuyasu İşidanın xüsusi rolunu vurğulamaq istərdim. Məhz onun təşkilatçılığı və verdiyi məlumatlar sayəsində Azərbaycan turu ərsəyə gəldi. Söz yox ki, Azərbaycanın sürətli inkişafı, ölkənizin zəngin tarixi, mədəniyyəti və insanların yüksək qonaqpərvərliyi bu məsələdə mühüm əhəmiyyətə malikdir. Azərbaycanın dünya miqyasında tanınması, burada keçirilən beynəlxalq tədbirlər, aparılan böyük quruculuq işləri ölkənizə çox böyük maraq yaradıb. Mən özüm bir neçə dəfə Azərbaycanda olmuşam və böyük məmnuniyyətlə ölkənizi yenə də ziyarət etməyə hazıram.
Azərbaycana ilk müstəqil tur barədə məlumat verən Kazuyasu İşida isə bildirib ki, ilk dəfə ölkəmizə dörd il bundan əvvəl səfər edib. İlk səfərdən insanlarınızın qonaqpərvərliyi, buradakı tarixi keçmişlə müasir inkişafın üzvi vəhdəti məni özünə heyran etdi. Mətbəxinizə isə söz ola bilməz. Düşündüm ki, yaponlar mütləq bu gözəl ölkəni tanımalıdırlar. Həm Qafqaz, həm də Birləşmiş Ərəb Əmirliklərinə turlara Azərbaycanı da əlavə etdik. Bu günədək ölkənizə 10 dəfədən çox səfər etmişəm. Əvvəlki səfərlərdə mənimlə birlikdə turlara qatılanlar da Azərbaycana heyran olduqlarını və bu ölkəyə dəfələrlə səfər etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, 2014-cü ilin noyabrında Bakıda yapon iş adamlarının iştirakı ilə təşkil etdiyimiz “Birinci Yaponiya biznes festivalı” çox uğurla nəticələndi. Bütün bunları nəzərə alaraq, Azərbaycana ilk müstəqil turun təşkilini qərara aldıq. Bu tur çərçivəsində paytaxt Bakı ilə yanaşı turizm baxımından çox əlverişli olan tarixi Şəki şəhərinə də səfər edəcəyik. Həmin səfər zamanı kecəcəyimiz yol Yaponiyanın nüfuzlu “Asahi TV” kanalı tərəfindən martın 1-dən 31-dək hər axşam reklam çarxında nümayiş olunur.
Yapon milli mətbəxi Vaşokunun UNESCO-nun məhz Bakı toplantısı zamanı Dünya Mədəni İrsi Siyahısına daxil olunduğunu xatırladan K.İşida qeyd edib ki, cari ilin oktyabrında Bakıda Yaponiya qida məhsulları sərgisi də təşkil olunacaq. Həmin sərgidə 100-dək yapon iş adamının iştirakı gözlənilir.
Son illər Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edən K.Kobayaşi Bakıdan birbaşa Komatsuya açılan karqo reysinin buna parlaq nümunə olduğunu bildirib. Vurğulayıb ki, yapon dilinin Azərbaycan universitetlərində öyrədilməsi təhsilini davam etdirmək üçün Yaponiyaya gələn azərbaycanlı gənclərin sayının artmasına mühüm təsir göstərib. Bütün bu məqamlar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyi 2017-ci ildə əlaqələrimizn daha da artacağını deməyə əsas verir. Düşünürük ki, bundan sonra yapon turizm şirkətləri Azərbaycana daha böyük maraq göstərərək bu gözəl ölkəyə birbaşa turların sayını artıracaqlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
11 d. əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
18 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
