"Dollar 1.60 manatadək düşə bilər"
Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,65 AZN/USD səviyyəsindən də aşağı düşə bilər.
Dünya bazarında neft qiymətlərinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb.
Maliyyə sabitliyinin yaranması nəticəsində əhalinin tədricən manata keçəcəyini, dollarlaşma səviyyəsinin ilkin mərhələdə cari 80%-dən 50%-dək geriləyəcəyini ehtimal edirlər. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür.
2018-ci ilin ilk rübünə qədər dünya iqtisadiyyatı, neft qiymətləri, fond indekslərində mənfi meyllər gözlənilmir. Bu da inkişaf etməkdə olan ölkələrin qısamüddətli maliyyə sabitliyinə gətirib çıxaracaq.
© Report analitik qrupu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)





