Azərbaycanda ət və süd istehsalı 2-3 faiz artıb
2019-cu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 675,8 milyon manat təşkil etmişdir ki, onun da 1 milyard 902,2 milyon manatı heyvandarlıq, 1 milyard 773,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artmışdır.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3 faiz artaraq 252,5 min ton, süd istehsalı 2 faiz artaraq 1 milyon 37,2 min ton, yumurta istehsalı 4,5 faiz artaraq 926,9 milyon ədəd və yun istehsalı 0,8 faiz artaraq 14,6 min ton olmuşdur. Bundan başqa, ölkədə 636,6 ton barama istehsal olunmuşdur ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.
İyun ayında havaların nisbətən isti keçməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha çox kənd təsərrüfatı məhsullarının yığılmasına səbəb olmuş və nəticədə 2019-cu il iyulun 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 2541,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 40,7 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 335,7 min ton (10,3 faiz çox) kartof, 675,1 min ton (13,8 faiz çox) tərəvəz, 54,8 min ton (37,5 faiz çox) bostan məhsulları, 125,2 min ton (21,1 faiz çox) meyvə və giləmeyvə, 1245,7 ton (27,8 faiz çox) tütün, 337,7 ton (6,4 faiz az) yaşıl çay yarpağı yığılmışdır.
2019-cu il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 674 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284,9 min baş inək və camış, 8 milyon 542,7 min baş qoyun və keçi və 6292 baş donuz mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 33,8 min ton (keçən il 39,4 min ton) quş əti və 359,0 milyon ədəd (keçən il 338,9 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 13316,2 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınmışdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib























