“İcraçı Kredit Agentliyi” nizamnamə kapitalını azaldıb
“İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.
Bu barədə BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev məlumat verib.
Onun sözlərinə görə, buna səbəb 2 kredit ittifaqının İKA-dakı payını geri götürməsidir. Söhbət bu ilin əvvəlində lisenziyası ləğv edilmiş “Şans Kredit İttifaqı” MMC-dən (Xaçmaz rayonu) və fəaliyyətdə olan “Hindarx Kredit İttifaqı” MMC-dən (Ağcabədi rayonu) gedir.
Bununla da, İKA-nın səhmdarı olan kredit ittifaqlarının (hüquqi şəxslərin) sayı 9-dan 7-yə, onların nizamnamə kapitalındakı payı isə 31,1%-dən 27,3%-ə düşüb. Əvəzində BOKT-un səhmdarı olan 11 fiziki şəxsin (işçilərin) payı 68,5%-dən 72,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) maliyyə qurumundakı payı isə dəyişməyərək 0,2% qalıb.
Xatırladaq ki, İKA 2002-ci ildə yaradılıb. BOKT uzun müddəti Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kredit ittifaqlarına ayrılan maliyyə vəsaitləri üzrə vasitəçi olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
39 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 41 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub




















