Hava limanında avtodayanacaq haqqını avtomatik ödəmək imkanı
Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Premium” Bankla birgə yeni layihəyə başlayıb.
AzeriCard Prosessinq Mərkəzindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, artıq “AzəriKard” - “Premium” Bank mobil əlavəsi istifadəçiləri hava limanında park ödənişi növbəsində vaxt itirməyəcəklər, belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında dayanacaq haqqı həmin müştərilər üçün avtomatik ödəniləcək.
Mobil bank istifadəçiləri hər zaman olduğu kimi hava limanına daxil olduqda ödəniş qəbzini (kartını) əldə edirlər. Lakin dayanacağı tərk etdikdə ödəniş növbəsində vaxt itirmədən 6 nömrəli çıxışda kartı geri qaytarıb birbaşa yollarına davam edirlər. Ödəniş isə avtomatik icra edilir.
Bunun üçün sadəcə mobil bank tətbiqində (IOS , Android) avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd edib şablon yaratmaq lazımdır.
Ətraflı məlumat üçün çarxı izləyə və ya 194 Məlumat mərkəzinə zəng edə bilərsiniz.
"AzəriKard" Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosessinq xidməti göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
40 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 42 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)



