Azərbaycan Kredit Bürosuna sorğuların sayı kəskin artıb
30.06.2019 tarixinə olan məlumata əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatmışdır. Hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilmişdir. Bunlar Bürodan "Marja"ya verilən məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, 2019-cu ilin ilk yarımili ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1 milyon 301 min 606 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952 min 987 sorğu yerinə yetirilmişdi.
Büroda aparılmış sorğuların 1 milyon 162 min 865-i (və ya 89%-i) banklar, 138 min 741-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.
Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851 min 607 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 65%-ni təşkil etmişdir.
Qeyd olunan dövr ərzində 13,827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə etmişdir. Müraciət etmiş şəxslərin 13,751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i) isə hüquqi şəxslər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
40 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 42 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)





