ACCA F3 (Maliyyə Uçotu) imtahanı üzrə hazırlıq kursuna qeydiyyat davam edir!
Hər kəsi 08 aprel 2017-cı il tarixdə start götürəcək ACCA F3 (Maliyyə uçotu) təliminə dəvət edirik!
Bu təlim sizin maliyyə və mühasibat sahəsində biliklərinizi artırmağa və gələcəkdə istənilən böyük şirkətdə müvafiq bilik və bacarıqlardan istifadə edərək karyeranızı davam etdirmənizə kömək edəcək. Təlim başa çatdıqdan sonra, iştirakçılar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə edə bilərlər.
Təlim haqqında ümumi məlumat: Tədris dili: İngilis dili Təlimin müddəti: 60 saat Dərs günləri: Çərşənbə və şənbə günləri Vaxt: 1) Çərşənbə : 19:00 – 21:30 2) Şənbə günləri: 15:00 – 17:30
Təlim mühasibat uçotu sahəsində çalışan mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. İngilis dilində təlimi bitirdikdən sonra kompyuter əsaslı imtahanda minimum 50% nəticə əldə edən namizədlər ACCA beynəlxalq sertifikatına yiyələnirlər.
Təlimin ümumi qiyməti – 460 AZN təşkil edir.
Təlimin məqsədləri:
- İştirakçıları maliyyə məlumatlarının keyfiyyət göstəriciləri, o cümlədən, mühasibat uçotu, konsepsiyaları, qaydalar üzrə bilikləndirmək;
- İlkin balansın hazırlanmasını təqdim etmək;
- Kapital strukturu və maliyyə xərci;
-Maliyyə Hesabatlarının tərtib edilməsi;
- Maliyyə Hesabatlarının təhlilini izah etmək;
-İştirakçıların ACCA F3 imtahanından uğurla keçməsini təmin etmək.
Təlim 30 dərsdən ibarətdir. Dərslərin müddəti mövzudan asılı olaraq 2 və ya 2.5 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub.Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Sonda təlimin nəticəsi olaraq iştirakçıların əldə etdikləri bilik və bacarıqları yoxlamaq üçün test təşkil olunacaq.
Təlim haqqında ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://cmtc.gov.az/az/acca-f3-maliyye-ucotu Təlimçi haqqında məlumat: http://www.fmtc.az/az/telimciler/45
Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın : (+994)12 498 16 77 (+994)70 272 99 79 (+994)55 672 99 79 [email protected]
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























