"Hindistandan xaricə səfər edənlərin 2 faizi Azərbaycana gəlib”
“Bakı-Dehli arasında birbaşa aviareysin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək”.
Bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.
"Ümid edirəm ki, açılmış yeni reys Hindistandan daha çox insanın Azərbaycana səfər etməsini təşviq edəcək. Bakı-Dehli reysinin açılması xalqlararası təmasların təşviqinə, həmçinin biznes əlaqələrin genişlənməsinə imkan yaradacaq”, - səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan Hindistan turistləri arasında çox məşhur ölkədir: “Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu ilin ilk beş ayında isə Hindistandan xaricə səfər edənlərin 2 faizi Azərbaycana gəlib”.
Xatırladaq ki, iyunun 25-dən Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Hindistanın paytaxtı və ən böyük şəhərlərindən biri olan Dehliyə birbaşa uçuşlara başlayıb. AZAL-ın reysləri hər həftənin II və V günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçirilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 19 d. əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
























