Norm Sement-in təşkilatçılığı ilə ölkədə ilk beton konfransı keçirildi
(®) Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy-nin birgə təşkilatçılığı ilə 20 iyun, Four Seasons otelində “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutdu.
Tədbirdə 150-ə yaxın yerli və xarici qonaqlar, şirkət rəhbərləri, sement və beton ekspertləri, o cümlədən mətbuat nümayəndələri iştirak etdi.
Norm şirkətinin Baş İcraçı Direktoru Henninq Zassenin salamlama nitqi ilə konfrans açıq elan olundu. Şirkət nümayəndələri tədbirin keçirilməsində əsas məqsədin tikintiyə yeni həll yollarının gətirilməsi, beton istehsalında ən son texnologiyanın ölkəmizdə tətbiqinin stimullaşdırılması, ümumilikdə son dövrlərdə geniş vüsət almış inşaat sektorunun inkişafına xidmət olduğunu bildirdilər.
Tədbir paralel şəkildə davam edən rəsmi hissədən və xarici qonaqların stendlərinin nümayiş olunduğu sərgidən ibarət idi. Rəsmi hissədə Almaniyanın “Progress Group”, “Rekers”, “Kraft Curing Systems”, Polşanın “Arcen”, BƏƏ-nin “Ha-Be Betonchemie”, Danimarkanın “Hawkeye Pedershaab”, İspaniyanın “fib” şirkətlərinin nümayəndələri beton istehsalında qabaqcıl texnologiyalar, müasir həll metodları, müasir panel evlərin inşasının stimullaşdırılması və ən son tikinti tendensiyaları mövzusunda çıxışlar etdilər.
Tədbir zamanı Norm Sement-in Baş Kommersiya direktoru Fuad Musayev yerli televiziya kanallarından və xəbər agentliklərindən tədbirə qatılmış mətbuat nümayəndələrinin suallarını cavablandıraraq, tədbirin məqsədindən, Avropada beton istehsalında tətbiq olunan ən mütərəqqi avadanlıqların tətbiqinin yerli tikinti şirkətlərinə və bütünlükdə tikinti bazarına gətirəcəyi faydalardan danışdı.
Beynəlxalq beton konfransına qatılan şirkət rəsmiləri çay və nahar fasilələri zamanı bir-birləri və xarici ekspertlərlə ünsiyyət qurmaq, fikir mübadilələri aparmaq və yeni işgüzar münasibətlərin qurulması müstəvisində müzakirələr aparmaq imkanı qazandılar.
Tədbir iştirakçıları müasir beton və inşaat tendensiyaları barədə son yeniliklərə yiyələnməklə yanaşı Beynəlxalq beton istehsalçılarının ticarət jurnalı – CPI jurnalına 1 illik abunəlik əldə etdilər.
Beləliklə, fəaliyyət müddəti boyunca ölkənin qeyri-neft sektorunun inkişafında kifayət qədər payı olan Norm Sement şirkəti növbəti möhtəşəm layihəyə imza atdı.
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir. Hazırda zavodda 5 çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20), CEM I 52.5N – sement istehsal olunur. Bu sement məhsulları müvafiq olaraq KLASS A400, KLASS B, KLASS C500, KLASS S və KLASS 1 adı ilə satışa təqdim olunur.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
1 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
























