Sahibkarlar üçün məcburi dövlət sosial sığorta vəsaiti 50 manata qalxır
Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması ilə fiziki şəxs sahibkarların ödədikləri aylıq məcburi dövlət sosial sığorta vəsaiti də artacaqdır.
Ötən ilin sonunda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsinə baxmayaraq, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin; Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Məsələn, Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs sahibkar hər ay Vergilər Nazirliyinə 180 manat olan minimum əməkhaqqının 20 faizi miqdarında və ya 36 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir (Köhnə “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq).
Ötən il “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklik ilə, ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən sahibkarlar üçün nisbət 20%-dən 25%-ə qaldırılmışdır (Məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında). Amma qanunda qeyd edilib ki, dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin tarixədək sosial sığorta haqları 2019-cu il yanvarın 1-dək qüvvədə olan qayda ilə (14-cü maddəsinə uyğun olaraq) ödənilir.
Bu ilin Martından minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldığından fiziki şəxs sahibkarlar üçün DSMF-yə ödəniş də artmışdır. Bakı şəhərində fəaliyyət göstərənlər, Mart ayından etibarən 180 manatın 20%-i miqdarında, yəni ayda 36 manat DSMF-yə ödəniş edirlər. 2019-cu ilin Martınadək aylıq 26 manat məcburi dövlət sosial sığorta haqqı ödənilirdi.
"Marja"nın məlumatına görə, 2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 250 manata qaldırılması məcburi dövlət sosial sığorta vəsaitinin 50 manata çatması deməkdir (38,9% artacaq).
2020-ci ildən bu məbləğ, minimum əməkhaqqı dəyişməsə, 62,50 manata yüksələcəkdir (minimum əməkhaqqının 25 faizi miqdarında).
Sentyabrdan digər şəhər və rayonlarda fəaliyyət göstərənlər üçün də aylıq ödəniş artacaqdır: Sumqayıt və Gəncə üzrə 45 manat, respublika tabeli digər şəhərlər üzrə 40 manat, rayon mərkəzləri, digər şəhərlər və qəsəbələr üzrə 30 manat, kənd yerləri üzrə 25 manat.
İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat təşkil edəcək.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
2 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
4 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
4 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Ən çox oxunanlar
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi





















