Əmək müqavilələrinin sayında 100 minə yaxın artım
"Minimum əmək haqqının cari il martın 1-dən orta hesabla 40 faiz artrılması, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Marja"ya verilən məlumata görə, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.
Həmin əmək müqavilələrindən 66 268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.
İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






