İspaniya şirkəti Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edir
İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi yanında İxrac və İnvestisiyalar Komitəsi öz portalında "İspaniya şirkəti Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda ilk üzən günəş elektrik stansiyası inşa edir" sərlövhəli məqalə yerləşdirib.
Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatını şaxələndirmək məqsədi ilə alternativ enerji istehsalı sahəsində addımlar atmağa davam edir. Azərbaycan Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında Böyükşor gölündə fotoelektrik enerjisi istehsalı üçün təcrübi qurğunun tikintisi haqqında saziş bu baxımdan ən son nailiyyətlərdən biridir.
Üzən günəş elektrik stansiyasının tikintisi layihəsi 2018-ci ilin iyulunda elan edilib.
İspaniyanın fənlərarası, məsləhət, idarəçilik xidmətləri göstərilməsində ixtisaslaşan qlobal konsaltinq şirkəti "EQO-NIXUS" 2,6 milyon avro məbləğində müqavilə ötən ilin sentyabrında imzalanandan sonra bu layihənin həyata keçirilməsinə cavabdehdir. Asiya İnkişaf Bankının bəyanatında deyilir ki, bu məbləğ Azərbaycanla bərabər, Əfqanıstan və Qırğızıstan arasında bölüşdürüləcək. Həmin ölkələrdə də günəş elektrik stansiyaları tikiləcək. Bu ölkələrin hər birində layihənin icrası 2021-ci il üçün başa çatmalıdır. Bu zaman generasiya gücü 100 kilovata çatdırılmalıdır.
Bu elektrik stansiyası enerji təhlükəsizliyi məqsədinə xidmət edən Asiya İnkişaf Bankı üçün böyük maraq kəsb edən Azərbaycan ərazisində "təmiz energetika"nın inkişafına güclü təkandır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























