Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi
(®) Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın əməkdaşları 1 iyun uşaqların müdafiəsi günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər.
“Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarxda qəsəbəsində baş tutdu. Expressbank 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksini istifadəyə verdi. Oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.
İstifadəyə verilən kompleksdə oyunlar oynayan və əylənən uşaqların sevinci gözlərindən, təbəssümlərindən bəlli idi. Cəbhəyanı bölgədə yaşayan balacaların gülüş səsi ətrafı bürüyərək tədbirə xüsusi rəng qatdı. Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verdi:
“Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur. Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik. Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik.”
Expressbank-ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır. Qeyd edək ki, bank korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr reallaşdıraraq azyaşlıların və gənclərin hərtərəfli inkişafına dəstək olur.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Tərtərdəki tədbirdən hazırlanan videonu təqdim edirik.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
5 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)






.jpg)





