Azərbaycanın rabitə sahəsində utancverici hadisə
Azərbaycanda simsiz rabitə xidmətləri göstərən “Aztrank” şirkəti 2019-cu ilin Fevral ayının əvvəlindən abunəçilərinə öncədən məlumat vermədən fəaliyyətini dayandırıb. “Aztrank” nömrələri “437” indeksi ilə başlayırdı. İndi abunəçilər uzun müddətdir işlətdikləri nömrələri itiriblər.
"Marja"nın məlumatına görə, “Aztrank” şirkətinin abunəçilərinə öncədən məlumat vermədən fəaliyyətini dayandırması bir yana, bəzi abunəçilərdən öncədən 6 ayın xidmət haqqını da yığıb.
“Aztrank” şirkətindən abunəçilərə bildirirlər ki, nömrələrə xidmətin dayandırılması “AZ-EVRO TEL” şirkətilə bağlıdır: “Qərar “AZ-EVRO TEL”indir. Bütün suallarınızı “AZ-EVRO TEL” şirkətinə verin. Bizlik deyil”.
Eyni zamanda “Aztrank” şirkətinin əməkdaşları abunəçilərə “Bakı Telefon Rabitəsi”ndən (Baktelecom) simsiz texnologiya əsasında çalışan nömrə almağı tövsiyə edirlər.
"NAZİRLİYƏ HEÇ BİR AİDİYYATI YOXDUR"
Bazarı tənzimləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, məsələnin Nazirliyə heç bir aidiyyatı yoxdur. Nazirliyin çağırı mərkəzindən abunəçilərə onlara kömək edə bilməyəcəkləri, çıxış yolunun məhkəməyə müraciət etmələri olduğu bildirilir. Abunəçilərin hüquqlarını pozan, onlara öncədən məlumat vermədən fəaliyyətini dayandıran bir şirkətə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsir edə bilməməsi suallar doğurur.
""AZTRANK"IN “AZ-EVRO TEL”Ə DƏ HEÇ BİR AİDİYYATI YOXDUR"
İndiyədək abunəçilərə “Aztrank” şirkətinin “AZ-EVRO TEL” şirkətinin nəzarətində olduğu bildirilirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, “Aztrank” MMC müstəqil hüquqi şəxsdir və “AZ-EVRO TEL” MMC-yə heç bir aidiyyəti yoxdur:
““Aztrank” MMC ilə “AZ-EVRO TEL” MMC arasındakı müqaviləyə əsasən, “Aztrank” MMC ona ayrılmış telefon nömrələri üzərindən öz abunəçilərinə simsiz telefon rabitəsi xidmətini təqdim edirdi. Hal-hazırda “Aztrank” MMC fəaliyyətini dayandırdığı üçün qeyd edilən müqaviləyə xitam verilərək, müqavilə əsasında “Aztrank”MMC-yə ayrılmış telefon nömrələri “AZ-EVRO TEL” MMC-yə geri qaytarılmış və “AZ-EVRO TEL”MMC həmin nömrələrin qüvvədə olan tariflərlə öz abunəçilərinin adına sənədləşdirir”.
“AZ-EVRO TEL”: BİR ÇOX ƏRAZİLƏRDƏ NÖMRƏLƏRİN BƏRPASI MÜMKÜN OLMAYACAQ
“AZ-EVRO TEL” şirkət də “Aztrank” şirkətinin onlara aidiyyətinin olmadığını bildirir:
“Aztrank” şirkəti nömrələri “AZ-EVRO TEL” şirkətindən icarəyə götürərək öz müştərilərinə simsiz rabitə xidmətləri gösərirdi. “Aztrank” şirkəti nömrələrə görə borcunu “AZ-EVRO TEL” şirkətinə ödəmədən fəaliyyətini dayandırıb. Nömrələr “AZ-EVRO TEL” şirkətinə qaytarılıb. Şirkətimiz mümkün olan ərazilərdə simli rabitə şəkilində olmaqla nömrələri abunəçilərin adına sənədləşdirir. “AZ-EVRO TEL” şirkəti şəhər telefon rabitəsi xidmətlərini özünə məxsus optik-lifli şəbəkədən istifadə edərək təqdim edir və simsiz rabitə xidmətləri göstərmək üçün şəbəkəyə malik deyil. Bu səbəbdən optik-lifli şəbəkəmiz olmayan ərazilərdə nömrələrin abunəçilərin adına bərpası mümkün olmayacaqdır”.
RABİTƏ SAHƏSİNDƏ QAYDALARIN VƏ NƏZARƏTİN ZƏİF OLDUĞUNA İŞARƏ
“Aztrank” şirkətinin fəaliyyətini dayandırması və abunəçilərin etirazı göstərir ki, Azərbaycanda rabitə sahəsində qaydalar müəkəmməl deyil. Əgər nəzarət və qaydalar mükəmməl olsaydı, “Aztrank” şirkəti fəaliyyətini dayandırsa belə, abunəçilər xidmət almaqda davam edə bilərdilər. Başqa bir şirkətə şərait yaratmaqla “Aztrank”ın şəbəkəsi həmin şirkətə təhvil verilə bilərdi. Mühüm bir sahədə operatorun fəaliyyətini bu şəkildə dayandırmasına icazə verilməməli, öncədən bu halın qarşısı alnmalı idi.
Qeyd edək ki, Azərbaycanda simsiz (CDMA) telefon rabitə xidmətləri göstərmək üçün xüsusi razılıq (lisenziya) almaq lazımdır. İcazəni verən orqan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
Təsəvvür edin, sabah Azərbaycanın mobil rabitə operatorlarından biri abunəçilərinə xəbərdarlıq etmədən fəaliyyətini dayandırır və bir daha nömrələrə xidmət göstərilməyəcəyi məlum olur. Uzun illər özünüz və şirkətiniz üçün işlətdiyiniz nömrələri itirirsiniz. "Aztrank"ın fəaliyyətini dayandırması bu şəkildə təsvir edilə bilər. İnkişaf etmiş ölkələrdə rabitə bazarından çıxmağı düşünən şirkət öz payını və ya şəbəkəsini başqa bir şirkətə sataraq gedir. Bütün bu işlər bazarı tənzimləyən orqanın nəzarəti altında baş verir. Azərbaycanda isə, bir rabitə operatorunun fəaliyyətini dayandırmasının, abunəçilərinin uzun illər işlətdikləri nömrələri itirmələrinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aidiyyatı yoxdur. Rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə Nazirliyin fəaliyyətini təkmilləşdirmək barədə düşünməlidir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


























