“Gilan Holding” daha çox çeşiddə məhsul ilə Bakı Ekspo Mərkəzində təmsil olunur
(®) Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sahələrində aparıcı şirkətlər sırasında xüsusi yer sahibi olan “Gilan Holding” 15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində təmsil olunur.
Holdingə daxil olan “Gilan Agro & FMCG” portfeli daxili stendlər və açıq havada yerləşən pavilyonlarında müxtəlif brendlər altında istehsal olunan məhsullarını, eləcə də heyvandarlıq təsərrüfatı nümunələrini təqdim edir.
Aqrar sahədə innovasiyaların tətbiqi ilə seçilən, məhsulların keyfiyyətinin artırılması üzərində daima çalışan “Gilan Aqro & FMCG” portfelinə aid geniş stendlərdə süd və süd məhsulları, qazlı və qazsız su, şirələr və konservləşdirilmiş məhsullar, hazır qida, yem, çay növləri və digər məhsullar sərgi iştirakçılarına və qonaqlara nümayiş olunur.
Ölkənin bölgələrində yerləşən tarlalarda xüsusi diqqət ilə yetişdirilən meyvə və tərəvəzlərin, heyvandarlıq müəssisələrdə beynəlxalq standartlara uyğun saxlanılan mal-qara növlərinin və digər məhsulların müxtəlifliyi əhalinin, iş adamların və xarici qonaqların xüsusi marağını cəlb edir.
Ötən il ilə müqayisədə, bu il sözügedən sərgilərdə Holdinqə aid daha geniş çeşiddə məhsullar təqdim olunub. Bu da onların həm əhalə tərəfindən yaxından tanınmasına, həmçinin xarici şirkətlərlə gələcək faydalı əməkdaşlığın qurulmasına imkanlar yaradır.
Sərgilərdə təqdim olunan standartlara tam cavab verən, rəqabət qabiliyyətli məhsullar daxili bazarda liderliyini saxlamaqla, həm də "Made in Azerbaijan" brendi ilə Rusiya, ABŞ, Avropa ölkələrinə, eləcə də Yaponiya, Malayziya və digər ölkələrə ixrac olunur.
Ən çox ziyarət olunan stendlər sırasında maraqlı tərtibatı ilə seçilən “Gilan Holding”-ə aid stend və pavilyonlar üç gün davam edəcək sərgilərdə ziyarətçi və qonaqlara xidmət göstərəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








