AQTA sahibkarları dələduzlara inanmamağa çağırdı
Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunmuşdur. Həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olmaqdadır.
Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Eyni zamanda Agentliyin bu sahədə fəaliyyətini və sahibkarlıq subyektləri ilə birbaşa təması yalnız xüsusi qruplarda təmsil olunan müfəttişlər həyata keçirir. Həmin müfəttiş qruplarından kənar heç bir şəxs və AQTA əməkdaşı müvafiq sahə üzrə sahibkarlıq sturukturuna daxil ola və hər hansı yoxlama həyata keçirə bilməz.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlardan bir daha xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair aşağıdakı sənədləri tələb etsinlər:
1.Yoxlamanın aparılmasına dair icazə sənədi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış
2.Həmin sahibkarlıq subyektində müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli
3.Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi
4.Yoxlamaya dair əvvəlcədən təsdiq edilmiş yoxlama suallarının siyahısı
5.Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması
6.Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması
Sahibkarların nəzərinə çatdırılır ki, hər hansı tələb və ya xidmət əsasında sahibkarlıq subyektinə daxil olaraq yerində ödəniş tələb edən şəxslər Agentlik əməkdaşları deyil və istənilən halda yerində ödəniş etməsinlər. Bununla bağlı şübhəli məqam olduğu təqdirdə dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat versinlər.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
6 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















