Hyundai Azərbaycan bazarına İONİQ Hybrid avtomobilni gətirir + FOTO, VİDEO
Bu ilin yeniliklərindən biri də Hyundai şirkətinin İONİQ Hybrid avtomobili oldu. Avropa ölkələrindən sonra ölkəmizdə də aparılan bir sıra qanun dəyişikliklərindən sonra alternetiv enerji ilə işləyən avtomobillərə iqtisadi marağı da bərabərində gətirdi.
Hyundai şirkəti Amerika, Avropa və Cənubi Koreya bazarında hidrogen yanacaqlı avtomobillərlə uğur qazanmış olsa da qlobal göstəricilərdə bu seqmentdə uğurlu ola bilmədi.
Üstəlik nəzərə alınmalıdır ki, hidrogen yanacağı ilə çalılşan avtomobillərin kütləvi istifadəsi üçün münasib infrastrukturun yaradılması, elektrikli avtomobillərdə olduğundan çox daha bahadır. Əslində isə adı çəkilən bazarlar bu tip nəqliyyat vasitələri üçün münasib olduğundan Hyundai şirkətini məqasədinə çatmış saymaq olar.
Ancaq necə deyərlər hər uğursuzluq da bir təcrübədir. Görünür Hyundai 20 illik təcrübədən ciddi dərs alaraq qlobal bazarda daha çox elektrik enerjisi və hibrid texnologiya əsasında çalışan avtomobillər vasitəsilə mövqeyini gücləndirməyə çalışır. Hyundai İONİQ modelinin göstəriciləri şirkətin bu yolda uğurla addımlayacağından xəbər verir.
Avtomobilin dizaynını C sinfinin fastback modelləri ilə müqaisə etdikdə dizayn elementlərinin daha modern və daha sport üslübda hazırlandığını görürük. Avtomobil ön tərəfədən kiçik dəyişikliklər edilmiş olsa da klassik Hyundai avtomobillərindən xüsusilə fərqlənmir. Lakin arxa tərəfdən baqaj hissəsinin avtomobilin spoilerinə qədər hissəsi və daha sonra davam etməsi fənərlərlə həmahəng görüntü yaradır.
Dizaynın hazırlanması zamanı yalnız görünüş yox həm də aerodinamika mövzusu ciddi surətdə diqqətə saxlanılmışdır. Unutmayaq ki, 5 qapılı avtomobil haqqında danışırıq və onun aerodinamik sürtünmə göstəricisi 0.24CD (drag coeficient) olaraq təsdiq edilmişdir ki, bu eyni seqnmentdə olan 3 qapılı avtomobillərdən daha münasibdir.
Ümumi dizayndan əlavə radiotor brmaqlığında yerləşdirilmiş aktiv hava pərləri aerodinamikanın imkişafına dəstək olur. Başqa bir detal isə LED gündüz fənərlərinin altında yerləşdirilmiş hava girişləri hava axının ön təkərlər ətrafına yönləndirərək prosesə öz faydasını vermiş olur.
Zərif və aerodinamik dizayn edilmiş yan güzgülər avtomobilin hərəkəti zamanı küləyin səsini azaldır.
Avtomobilin bagaj həcmi 443lt-dir və bu əsas rəqibi Toyota Priusla müqaisədə kiçik olsa da arxa oturuacaqlar yatırıldıqda bu həcm 1500Lt-ə qədər böyüdülə bilir. Yük yerinin içərisi isə dərininə və eninə praktik dizayn olunması ilə diqqət çəkir. Yük yeri qapısının açıldıqda yüksək olması liftback avtomopbillərin ortaq xüsusiyyətidir və kiçik boylu adamlar üçün bu o qədər də komfortlu deyil.
Avtomobilin disklərinin dizaynında diqqət çəkən maraqlı bir məqam var. Bu seqmentdə olan heç bir avtomobildə nəzərə alınmayan kiçik bir detal hansı ki, yanacaq sərfiyyatı baxımından çox önəmlidir. Təkər pərlərinin yarsı küləyin sürətə təsirini azaltmaq üçün plastik örtüklə örtülmüşdür.
İnteryerin dizaynı avtomobili öz seqmentində ən yüksək pilləyə qaldırır və erqonomik elementlər bu seqment üçün xarakterik olmayan rahatlıq və praktiklik təmin edir. Bir çox avtomobillərdə sonradan qoyulmuş kimi görsənən və interyer dizaynı ilə heç də səsləşməyən monitorlardan fərqli olaraq İONİQ Hybrid modelində 8”-luq monitor dizaynı tamalayır, ümumi interyerin doğma parçası kimi görsənir.
PAS arxaya parklama sistemi və təkərlərdəki hava təzyiqini göstərən məlumat panelləri vasitəsillə avtomobil sürücünü müxtəlif proseslər barədə məluamtlandırır və fəaliyyət rahatlığını ətmin edir.
Təhlükəsizlik sistemi
Batareya baqaj həcminin böyüldməsi və arxadan zərbənin nəzərə alınaraq arxa oturacaqların altında yerləşdirilmişdir. Xüsusilə qeyd edək ki, bu seqmentdə ilk gediş olmasa da kifayət qədər nadir qərarlardandır və avtomobilin üstünlüklərindən biridir.
Avtomobilin təhlükəsizlik sistemi kritik nöqtələrdə gücləndirilərək daha effktiv formata gətirilmişdir. 7 hava yastığı isə sistemi tamalayır.
Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi təmsilçisi "Auto Azərbaycan" şirkətindən aldığımız məlumata əsasən Hyundai Hybrid avtomobili ölkəmizə May ayında gətiriləcək. Qiymət mövzusunda konkret bilgi verməsələr də xüsusilə qeyd etdilər ki, qiymət rəqabətcil olacaq.
Ətraflı məlumat üçün ünvan: http://www.hyundai.az/az/ioniq
Əlaqə nömrəsi: (012) 989
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 13 d. əvvəl
-
23 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
32 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib






















