"Veysəloğlu"dan "uşaq qidası" açıqlaması - "O MƏHSUL BİZƏ AİD DEYİL"
"2018-ci ilin Noyarından "Malyutka-2” məhsulu ilə bağlı "Veysəloğlu" şirkəti məsuliyyət daşımır”
2018-ci ilin Noyabr ayından etibarən tərkibində yararsız yad cisimlər aşkar edildiyi iddia edilən"Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distrübütoru "Veysəloğlu" MMC deyil.
Bunu “Marja”ya açıqlamasında "Veysəloğlu" MMC-nin PR meneceri Aynur Musayeva bildirib.
“2018-ci ilin Noyabr ayınadək "Malyutka-2” uşaq qidalarını Azərbaycana "Veysəloğlu" MMC idxal edib və dağıtımını həyata keçirib. Noyabr ayının 1-dən etibarən istehsalçı şirkət ilə bizim müqavilə bitib. Yəni, onlardan nə mal alışı, nə də dağıtımını həyata keçirmişik. Əməkdaşlığın dayandırıldığı barədə əlimizdə sənəd var. Qeyd etdiyim tarxdən sonra "Malyutka-2” məhsulu ilə bağlı "Veysəloğlu" şirkəti məsuliyyət daşımır”,- Aynur Musayeva bildirdi.
Şirkətin sözçüsü qeyd etdi ki, ötən il istehsalçı ilə əməkdaşlığın dayandırılması məhsulların problemli olması ilə bağlı olmayıb:
“Biz distrübütor olan dövrdə "Malyutka-2” uşaq qidasından şikayətlər olmamışdır. Hazırda Agentliyin iddiası ciddidir. Bizi həmişə insan sağlamlığını ön planda tutmuşuq, tərəfdaş ticarət şəbəkələrində məhsulların saxlanılması şəraitinə nəzarət etmişik”.
Aynur Musayeva əlavə etdi ki, müqavilənin bitdiyi barədə sənədləri və "Malyutka-2” uşaq qidasına vaxitlə aldınmış sertifikatlar Qida Təhlükəsizli Agentliyinə və hüquq-mühafizə orqanlarına təqdim edilib.
"Veysəloğlu" MMC “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir. Bir müddət əvvəl, “Veysəloğlu” Şirkətlər Qrupunda Vergilər Nazirliyi tərəfindən yoxlama aparılmış və şirkətə 2 milyon manat maliyyə sanksiyası tətbiq edilmişdi.
"QEYD EDİLƏN MƏHSUL BİZƏ DƏ AİD DEYİL"
“Malyutka” uşaq qidasını Azərbaycana “İDC-2000” MMC-nin idxal etdiyi məlum olub.
İstehsalçı “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC ilə əlaqə saxlanıb.
Şirkətin direktor müavini Fuad Rzayev Oxu.az-a açıqlamasında qeyd edilən məhsulun onlara aid olmadığını deyib. O, məhsulların qablaşdırılmasındakı fərqli məqama diqqət çəkib:
“Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb.
1998-ci ildən biz bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başlamışıq. Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub.
Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır.
2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil.
Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC” şirkəti heç bir məsuliyyət daşımır”
Şirkətin direktor müavini onu da əlavə edib ki, vətəndaşlar məhsulları alarkən bu məqamlara xüsusi diqqət etsinlər:
“İlk olaraq məhsulun istehsal tarixinə baxsınlar. Biz məhsullarımızın 100 faiz keyfiyyətli olduğuna əminik. Qablaşdırmanın arxasında yazılan şirkətə diqqət etsinlər. Satış şəbəkələrində məhsulların saxlanma şəraiti də onların keyfiyyətinə təsir göstərən amillər sırasındadır. Məhz bu səbəbdən şirkətimiz öz məhsulları ilə bağlı vətəndaşlarla birbaşa ünsiyyətdən yayınmır.
Bizim məhsullarla bağlı hər hansı sualı olan vətəndaşlar birbaşa şirkətimizin əlaqə nömrələrinə zəng edərək müraciət edə bilərlər. Həmin vətəndaşla mütləq şəkildə görüşüb, problemli məqamları araşdırıb, məsələyə aydınlıq gətirməyə hazırıq”.
İÇƏRİSİNDƏ YARARSIZ YAD CİSİMLƏR AŞKAR EDİLİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb.
AQTA-dan verilən məlumata görə, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.
Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















