“Azercell” 100 milyon manat xalis mənfəət açıqladı
Dövlət şirkəti “Azercell Telekom” MMC 2018-ci ili 100 milyon 235 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlamışdı.
XƏRCLƏRİ AZALIB
“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azercell Telekom”un əsas gəliri 421 milyon 193 min manat, cəmi xərcləri 286 milyon 206 min manat və əməliyyat mənfəəti 134 milyon 987 min manat təşkil edib.
2017-ci illə müqayisədə “Azercell Telekom” MMC-nin cəmi xərcləri azalıb. Belə ki, Şirkət 2017-ci ildə 411 milyon 441 min manat gəliri əldə etmək üçün 397 milyon 151 min manat xərc çəkmiş və nəticədə 14 milyon 290 min manat əməliyyat mənfəəti əldə etmişdi.
2017-ci illə müqayisədə ötən il “Azercell Telecom”un gəlirləri 2,4% artıb, xərcləri isə 27,9% azalıb.
Ötən il “Azercell Telekom” 746 min manat maliyyə gəliri də ədlə edib və mənfəəti 135 milyon 733 min manata yüksəlib. Şirkət 2018-də 35 milyon 498 min manat mənfəət vergisi ödəyib. Nəticədə, “Azercell Telekom” ötən ili 100 milyon 235 min manat xalis mənfəətlə başa vurub.
31 Dekabr 2018-ci il tarixində “Azercell Telecom” MMC-nin cəmi aktivləri 1 milyard 32 milyon manat təşkil edib. Bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 12,6% çoxdur. 2018-ci ildə “Azercell Telecom”un cəmi öhdəlikləri 10,85% artaraq 97 milyon 116 min manata, cəmi kapitalı isə 12,8% artaraq 934 milyon 767 min manata çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
"Azercell Telekom" MMC-nin 51.3 faizlik hissəsi Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (Azintelecom) aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
44 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 55 d. əvvəl
-
55 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN

















.jpg)




