Azərbaycanın silah idxalı 15 faiz artıb
2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə Azərbaycanda silah idxalı 15 faiz artıb.
Stokholm beynəlxalq sülh problemlərinin tədqiqi institutu (SIPRI) silahların ən böyük idxalçısı və ixracatçısına dair illik hesabatını açıqlayıb. Hesabata əsasən Azərbaycan ən çox silah idxal edən ölkələr sırasında 23-cü yerdə qərarlaşıb. Azərbaycan silahların 51 faizini Rusiya, 43 faizini İsrail və 2,8 faizini Türkiyədən alır. Həmçinin Azərbaycan İsrailin ən çox silah satdığı 2-ci ölkədir. Bu ölkənin silahlarının 17 faizini Azərbaycan alır.
Dünyanın ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Ümumi ixracın 75 faizi bu ölkələrin payına düşüb. Bu rəqəmin 57 faizi Rusiya və ABŞ-a məxsusdur.
2014-1018-ci illərdə ümumilikdə silah ixracı 7,8 faiz artıb. Ən böyük silah idxal edən ölkələr isə Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qatar və İraqdır.
Ermənistan silah ixrac edən 25 ölkə və silah idxal edən 40 ölkəyə dair hesabatda yer almayıb.
Azərbaycan və Ermənistan Rusiyanın ən çox silah satdığı ilk üç ölkə sırasında qərarlaşmayıb. Bu ölkə silahlarının 27 faizini Hindistana, 14 faizini Çinə və 14 faizini Əlcəzairə satır.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























