Moskvada "Azərbaycan nemətləri" mağazasının rəsmi açlışı olub
Rusiyanın paytaxtı Moskva şəhərində “Azərbaycan nemətləri” mağazasının açılışı olub.
Tədbir “DEPO” qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi və AZPROMO-nun dəstəyi ilə baş tutub.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açılış mərasimində çıxışı zamanı bunun Azərbaycan Ticarət Evinə doğru atılan ilk addım olduğunu bildirib: "Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi ixracatın stimullaşdırılması məqsədilə Azərbaycan məhsullarının Rusiya bazarlarında yayılması sisteminin formalaşdırılmasına başlayıb. Bu sistem Azərbaycan məhsullarının Rusiyaya ixracatı üzrə ixtisaslaşdırılmış şirkəti, “Azərbaycan nemətləri” mağazalar şəbəkəsini və ölkəmizin ixrac, sərmayə və turizm potensialı barədə daimi fəaliyyətdə olan sərgini özündə birləşdirəcək. “Azərbaycan nemətləri” mağazaları yerli sahibkarları cəlb etməklə fəaliyyət göstərəcək, Azərbaycan Ticarət Evi isə mağazaların genişçeşidli Azərbaycan məhsulları ilə təmin edilməsinə yardımçı olacaq". Onun sözlərinə görə, ilk addım kimi, martın 9-da “DEPO” qastromarketinin ərazisində - Moskva şəhərinin Lesnaya küçəsində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başladı: "Mağazada 15 istehsalçının 200 çeşiddən artıq məhsulu təqdim olunur”.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan ticarət evlərinin artıq bir neçə ölkədə fəaliyyət göstərdiyini bildirib: “Azərbaycan ticarət evlərinin birincisi, ilk olaraq, Rusiyada - Həştərxan vilayətində açılıb. Bu layihə Azərbaycan sahibkarlarının Rusiya bazarına çıxmasına yardım edir. Lahiyəni genişləndirmək, tək Moskvanı deyil, bütün Rusiyanı əhatə etmək istəyirik”.
Qeyd edək ki, “Azərbaycan nemətləri” mağazasının yerləşdiyi “DEPO” qastromarketinin ərazisi layihəsi çərçivəsində 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-trolleybus parkının binası yenidən qurulub. Kvartal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağazadan ibarət “Depo-Moskva” və 60-dan çox restoran yerləşir. Bu ilin mart-aprel aylarında bütün obyektlər müştərilərin üzünə açılacaq. Layihə müəllifləri hər gün kvartala, ümumilikdə, 20 minədək adamın gələcəyinə ümid bəsləyirlər.
Yeni açılan qastronomik kvartalda “Azərbaycan nemətləri” mağazası və Azərbaycan mətbəxindən ibarət restoran da olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
6 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 26 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.




















