Avtobusların texniki göstəricilərinə dair tələblər müəyyənləşib - SİYAHI
Azərbaycanda avtobusların texniki göstəricilərinə dair tələblər müəyyənləşib.
“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i təsdiq edib.
Qaydaya əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.
Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:
1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,
2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,
3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),
4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,
5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar,
6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,
7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,
8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,
9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,
10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,
11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,
12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.
Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır. Avtobuslar alçaq döşəməli olmalıdır. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır. Avtobusların salonunda konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir. Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























