“Azərxalça” yun tədarükü zamanı nələrə diqqət yetirəcək? - STANDARTLAR
“Biz tədarük məntəqlərində yalnız kirli yun qəbul edəcəyik. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən xalça toxunması üçün iplik istehsalına yararlı olan yun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr olan yunun qəbulu həyata keçiriləcək”.
“Marja” xəbər verir ki, bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov bildirib.
ASC-nin sədri əlavə edib ki, iplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq: “Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Onu da deyim ki, iplik istehsalı üçün yararlı olmayan yunun qəbulu zamanı yuxarıda qeyd etdiyim standartlar tətbiq olunmayacaq. "Azərxalça" yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Bu kurslarda tədarükçülərə yun qəbulu prosesi öyrədilir”.
Vidadi Muradov qeyd edib ki, Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə respublikanın yun və boyaq bitkiləri ehtiyatları öyrənilib, Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabrikinin tikintisinə başlanılıb:
“Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. İpliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.
Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələr lazımi texniki avadanlıqlarla və yük maşınları ilə təmin ediləcək. Tədarük məntəqələrində il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton yun qəbul olunacaqdır”.
2020-DƏN YERLİ YUNDAN İSTİFADƏ EDİLƏCƏK
Sumqayıt Kimya Sənaye Parkında inşası sürətlə davam etdirilən Yunəyrici-Boyaq Fabrikinin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır: “Bu da o deməkdir ki, 2020-ci ildən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Əlbəttə ki, yerli xammaldan istifadə xalçanın istehsalında maya dəyərini aşağı salacaq. Bu da imkan verəcək ki, biz istehsal etdiyimiz xalçanı daha aşağı qiymətə təklif edə bilək”.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















