Neft nəhənglərinin gəlirləri 1,6 trilyon dolları aşıb
Dünyanın investorlara açıq ən böyük 12 neft şirkətinin cəmi gəliri, keçən il 2017-ci illə müqayisədə 19,5 faiz artaraq 1 trilyon 693 milyard dollar olub.
"Marja"nın 12 neft şirkətinin balanslarından topladığı məlumatlara görə, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger və Baker Hughes, Hollandiyanın Royal Dutch Shell, Böyük Britaniyanın BP, Fransanın Total, İtaliyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor-un ümumi gəliri və xalis mənfəət 2018-də bir əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Sözügedən şirkətlərin keçən ilki cəmi xalis mənfəəti də 2017-ci illə müqayisədə 73,7% artaraq 116,74 milyard dollara çatıb. Bu şirkətlər 2017-də cəmi 67,22 milyard dollar xalis mənfəət əldə etmişdilər.
Həmçinin 12 neft nəhənginin 2017-də əldə etdiyi 1 trilyon 417 milyard dollarlıq ümumi gəliri də keçən il 19,5 faiz artımla 1 trilyon 693 milyard dollara yüksəlib.
ƏN YÜKSƏK GƏLİR VƏ MƏNFƏƏTİ SHELL ƏLDƏ EDİB
Neft nəhəngləri arasında keçən il ən çox mənfəət əldə edən şirkət 23,35 milyard dollarla Royal Dutch Shell olub. Bu şirkətin ardınca, 20,84 milyard dollarla ExxonMobil və 14,82 milyard dollarla Chevron gəlir.
Həmçinin ötən il ümumi gəliri ən yüksək şirkət 388,4 milyard dollarla yenə Shell olub. Növbəti yerləri 298,76 milyard dollarlıq cəmi gəlirlə BP və 290 milyard dollarlıq cəmi gəlirlə ExxonMobil tutur.
Neft şirkətlərinin gəlirlərinin və xalis mənfəətlərinin artmasına qlobal bazarda xam neft qiymətlərinin qalxması səbəb olub.
Dünya üzrə ən geniş istifadə edilən Brent tipli xam neftin barrel qiyməti, keçən il 2017-ci illə müqayisədə 31,5 faiz artımla orta hesabla 71,19 dollara yüksəlib. 2017-də Brent neftin bareli orta hesabla 54,15 dollar olmuşdu.
ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də həmin dövrdə orta hesabla 50,79 dollardan 65,06 dollara yüksələrək 28,1 faiz artım qeyd edib.
ABŞ-ın İran üzərindəki sanksiyalarının 5 Noyabrda yenidən həyata keçirməyə başlamasından əvvəl qlobal bazarda yaranan təklif çatışmazlığı xofu, Brent neftin qiymətinin sentyabrın sonundan oktyabrın ortasına qədər 80 dolların üzərində qalmasına səbəb oldu.
Neft qiymətlərinin artmasına Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın 2016-cı ilin sonundan etibarən istehsalı azaltmaları da səbəb olmuşdur.
OPEC və tərəfdaşlarının razılaşmalarına görə, neft hasilatlarını 2019-un ilk 6 ayında gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarı veriblər. Bu qərar da bu il neft qiymətlərinin artacağına işarə edir.
22 Fevral 2019-cu il tarixində Brent neftin barreli 67,73 dollara, WTI növü neftin barreli də 57,81 dollara qədər qalxaraq son 3 ayın ən yüksək səviyyəsini görmüşdü.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 d. əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
-
- 36 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
1 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı























