“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir
(®) Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər.
“Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir.
“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib: “Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir.“
Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir.
Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. “Nar MiFi” cihazını istifadəçi istənilən yerə apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.
“Nar”-ın təqdim etdiyi “Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)








