"Tesla"nın səhmləri "SEC-in unutqanlığı ilə" kəskin ucuzlaşıb
"Tesla" şirkətinin səhmləri, Elon Musk-ın şirkətlə bağlı məlumatları əvvəl SEC ilə bölüşəcəyinə dair bağladığı müqaviləyə tabe olmadığı səbəbilə edilən şikayətdən sonra kəskin dəyərdən düşüb. Səhmlər 4%-dən çox ucuzlaşıb. Musk, sənədin SEC-ə verildiyini, rəsmilərin bunu oxumağı unutduğunu söyləyərək, "utandırıcıdır" ifadəsini istifadə edib.
ABŞ Qiymətlər Kağızlar və Birjalar Komissiyası (SEC), bazar ertəsi günü məhkəməyə, "Tesla"nın İcraçı direktoru Elon Muskın 16 Oktyabrda komissiya ilə bağlanmış müqaviləni pozduğunu və bu səbəbdən də şikayət edərək tədbir görülməsini tələb edib.
"Marja" xəbər verir ki, xəbərdən sonra "Tesla"nın səhmləri 4.11 faiz ucuzlaşıb və 300 dollardan aşağı düşüb.
"Bloomberg"də yer alan xəbərə görə, SEC, Mask-ın 19 Fevralda Tesla istehsalı haqqında açıqladığı "yalan" məlumatlarla komissiya ilə bağlanmış müqaviləni pozduğunu iddia edib.
Mask, "Tesla"nın 2019-da 500 min civarında elektrikli avtomobil istehsal edəcəyini açıqlamışdır.
SEC ilə bağlanmış müqavilə çərçivəsində isə Musk-ın Tesla investorları üçün müxtəlif nəticələr doğuracaq hər hansı bir məlumatı açıqlamamışdan əvvəl SEC-dən icazə almasına qərar verilmişdi.
SEC-in şikayətinin ardından Musk, rəsmi "Twitter" hesabından verdiyi açıqlamada, "SEC Tesla-nın sözügedən istehsalın 350 min ilə 500 min arasında olacağına dair gəlir sənədini oxumağı unutmuşdur. Utandırıcıdır" deyib.
SEC forgot to read Tesla earnings transcript, which clearly states 350k to 500k. How embarrassing …
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























