“Atəşgah Həyat”dan “Dəmirbank”ın keçmiş əməkdaşlarına cavab
Son günlər sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının “Atəşgah Həyat” Sığorta Şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı məqalələr yayımlanmışdır. Bildirilir ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur.
Məsələ ilə bağlı “Atəşgah Həyat” səğorta şirkəti bildirir ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanmışdır və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaqdır:
““Atəşgah Həyat” Sığorta Şirkəti hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirmişdir və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməmişdir. Qeyd etmək lazımdır ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur.
Eyni zamanda qeyd etmək vacibdir ki, ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətimizlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunmuşdur ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşmışdır, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








