Gürcüstan hökuməti "Qazprom"la razılaşmadı
Gürcüstan və "Qazprom" 2017-ci ildə Rusiyadan Ermənistana tranzit olaraq nəql olunan qaza görə ödənişin olunmasına dair razılıq əldə edə bilməyiblər.
Avstriyanın paytaxtı Vyanada Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller arasında baş tutan danışıqlar nəticəsiz qalıb.
Danışıqlar bərpa olunmalıdır, lakin növbəti raundun nə zaman baş tutacağı hələlik məlum deyil.
Vyanadan dönən K. Kaladze yerli mətbuata açıqlamasında bildirib ki, Rusiya tranzit olunan qaza görə ödənişi pulla etmək istəyir: "Lakin biz əvvəlki formada əməkdaşlığın tərəfdarıyıq. Başqa sözlə, tranzit olunan qazın ümumi həcminin 10%-nin alınmasını istəyirik. Rusiya maliyyə hesablaşmasına keçmək niyyətindədir, bu isə bizi qane etmir. Biz öz mövqeyimizi müdafiə edəcəyik".
Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.
Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























