Banklar üçün açıq valyuta mövqeyi üzrə limit 3%-ə endirilir
Azərbaycanda kommersiya banklarının açıq valyuta mövqeyi üzrə limit 10%-dən 3%-ə endirilə bilər. Bank dairələrindən alınan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bununla bağlı kommersiya banklarına təklif göndərib və rəy bildirilməsi xahiş edilib.
Açıq valyuta mövqeyi bankların müxtəlif valyutalarda tələb və öhdəliklərinin məbləğləri arasındakı fərqdir. Bu fərq mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itki riski yaradır. Qeyd edək ki, açıq valyuta mövqeyi limiti açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə Mərkəzi Bankı (AMB) tərəfindən tətbiq edilən kəmiyyət məhdudiyyətidir.
Eyni zamanda bildirilir ki, hazırda tələb və öhdəliklərin hesablanması zamanı hesablaşmaları tamamlanmamış əməliyyatlar üzrə balansdankənar tələb və öhdəliklərin məbləğləri də valyuta mövqeyinin tərkibində nəzərə alınır. Belə ki, kommersiya bankları açıq valyuta mövqeyi üzrə limiti normativlərə uyğunlaşdırmaq üçün günün sonunda bəzi əməliyyatları balansdankənar əməliyyat kimi göstərirlər. Başqa sözlə hər hansı əməliyyatın bitmədiyini (yolda olduğu və s. kimi) göstərmək imkanına sahibdirlər. Yeni təkliflə isə bu, məhdudlaşdırılacaq və balansdankənar əməliyyatlar da ümumi məbləğdə nəzərə alınacaq.
MBNP açıq valyuta mövqeyi limitini 3%-ə endirərsə, bu, ilk mərhələdə bankların valyuta satışına keçməsi ilə nəticələnəcək:
"Yəni, dolların məzənnəsi banklarda 1,65 AZN/USD-yə qədər enə bilər. Lakin daha sonra, bankların kassalarında valyutanın az olması onların xarici valyutanı baha qiymətə satmasına gətirib çıxaracaq. Bütün bunlardan qazanan isə "qara bazar" olacaq. Bundan başqa qeyd etməliyik ki, hər hansı bir devalvasiya durumunda açıq valyuta mövqeyi limiti azaldılan banklar həddindən artıq böyük zərərlə üzləşəcək. Bunun üçün onlara sabit valyuta məzənnəsi zəmanəti verilməlidir",- analitiklər bildirir.
"Bu təklif bankların əlavə dollar alışının qarşısını almaq üçün düşünülsə də, yanlış bir təşəbbüsdür. Tələb müştərilər tərəfindən yaranır. Əgər limit 3%-ə endirilsə, banklar məcburən müştərilərdən öncədən sifariş götürəcək. Müştərilərin təcili valyuta ehtiyacı isə "qara bazar" hesabına təmin ediləcək", - deyə analitiklər qeyd edib.
MBNP-nin bu təklifi manata inamın artırılmasına növbəti cəhd kimi qiymətləndirilir: "Lakin qeyd etməliyik ki, bunun üçün bir qədər uzun müddət və maliyyə sabitliyinə ehtiyac var. Son iki devalvasiya qərarı nəticəsində əllərdəki manat aktivlərini real olaraq 2,4 dəfə itirən əhalinin buna inanması ən azı 5 il vaxt və bir sıra iqtisadi islahatlar tələb edir".
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb






















