Ölkənin ən böyük dam örtükləri və fasad materialları mərkəzi açıldı
(®) Azərbaycanda yeganə polimer örtüklü dəmir istehsalçısı “Prometal” MMC-nin premium məhsullarının sərgiləndiyi “Showroom” (Şourum) açılıb.
Nərimanov rayonu, Z. Bünyadov prospekti 122A ünvanında, hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən “Showroom” -da siz, ən son texnologiyalarla hazırlanan məhsulların keyfiyyəti ilə yaxından tanış ola bilərsiniz.
“Prometal Showroom” –da mərhələli şəkildə öz seçiminizi edə biləcəksiniz. Belə ki, “Prometal” servis standartlarına uyğun olaraq, hər bir müştəri “Showroom” -da aşağıdakı individual xidmətləri ala biləcək:
Tanışlıq. Dam örtüyü formaları və materialları ilə tanışlıq.
Dizayn. İstəyinizə və hava şəraitinizə uyğun rəng, dəmir qalınlığı, boya qatı və müxtəlif dam formalarının dizaynı.
Seçim. Hazırlanmış modellərdən ən uyğun olanın seçilməsi.
İstehsal. İndividual tələbə uyğun malın və komplektləşdiricilərin istehsalı.
Çatdırılma. Müştəri ünvanına standartlara uyğun daşınmanın təşkili.
“Prometal Showroom” sizə dam örtüyü forması, rəng seçimi, material qalınlığı, səthin dizaynı və keyfiyyət seçimində böyük çeşitlilik təklif edir. Siz burada istəyinizə və yaşadığınız ərazinin hava şəraitinə uyğun olaraq öz individual məhsulunuzu sifariş edə bilərsiniz. Məsələn, dəniz qırağında yaşayırsızsa, sizə daha çox duzluluğa davamlı və ya kəskin isti hava şəraiti olan rayonların birində yaşayırsızsa rəngi günəşə daha davamlı olan dam örtüyü lazımdır. Prometal yerli istehsalçı kimi Azərbaycanın hava şəraitinə uyğun müxtəlif məhsul dizaynları tətbiq edir.
“Prometal” məhsulları özəl laboratoriyalarda xüsusi testlərdən keçirilir ki, bu da şirkətin öz məhsullarında keyfiyyətə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir. Şirkətin dam örtükləri, yağış suyu sistemləri, sandviş panel və fasad məhsulları korroziyaya və mexaniki təsirlərə davamlılığı, o cümlədən nəmişlikdən, günəş şüalarından qorunma, boya sabitliyi və digər keyfiyyət göstəricilərinə görə fərqlənir. Ancaq, şirkət məhsullarının təkcə keyfiyyətinə xüsusi diqqət ayırmır. Həm də məhsullarının vizual görünüşü şirkət üçün əsas prioritetlərdəndir. “Prometal” MMC fəaliyyətində göz oxşayan özəlliyə, estetik cəhətdən evlərinizi fərqləndirəcək məhsulların istehsalına üstünlük verir. “Prometal” məhsulları ilə eviniz güvən altında olmaqla yanaşı, həm də görünüş baxımından fərqli olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





