“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
(®) Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində sürətli artım müşahidə olunur. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan bir neçə sorğunun nəticələrinə əsasən, son 1 il ərzində “Nar” müştəri loyallığı indeksi üzrə 45% artım qeydə alınıb. Bununla da, “Nar” müştəri məmnuniyyəti indeksi üzrə ən yüksək artım nümayiş etdirib. Eyni zamanda, son 1 il ərzində mobil internet məmnuniyyəti göstəricisi üzrə 16% yüksəliş qeydə alınıb. Abunəçilərin fikrinə əsasən, “Nar” mobil internet sahəsində liderdir.
Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, “Nar”-ın yüksəkkeyfiyyətli 3G və 4G şəbəkəsi, eyni zamanda mobil internetin keyfiyyəti müştəri loyallığı indeksinin artımına səbəb olub. Qeyd edək ki, ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketləri Azərbaycan mobil rabitə bazarında ən sərfəli paket sayılır. Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin istifadəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilərlər. Paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar”, bölgələrdə ən ucuz mobil rabitə xidmətini təqdim edir. Bundan başqa, nar.az internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir. “Nar”-ın abunəçilərə yönəlik bütün yüksəkkeyfiyətli xidmətləri müştəri məmnuniyyətini artırıb və abunəçilərinin loyallığını qazanıb.
Xatırladaq ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticə göstərib. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
-
15 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 15 saat əvvəl
-
15 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
15 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
17 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)












