"Maaşlarda müəyyən faizlərdə artım baş verəcək"
Sahil Babayev: Yeni Sərəncam 180 manatdan çox maaş alanların da əmək haqqına müsbət təsir göstərəcək
Maaş artımı 600 mindən daha artıq işçini əhatə edəcək
Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı təkcə 180 manata qədər olan əmək haqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.
Nazir bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əmək haqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əmək haqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə həmin 450 min şəxsin əmək haqlarında orta olaraq 30 faiz artım olacaq.
S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əmək haqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əmək haqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir.
Ümumilikdə, dövlət və özəl sektor üzrə maaş artımının 600 mindən daha artıq işçini əhatə edəcəyini düşünmək olar.
Nazir minimum əmək haqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb. O deyib ki, artan əmək haqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.
“Sərəncam əməkhaqlarının leqallaşması baxımından mühüm əhəmiyyət kəsb edir”
O bildirib ki, sərəncamın digər bir əhəmiyyəti isə əməkhaqlarının leqallaşması ilə əlaqədar mühüm bir addım olmasıdır: “Belə ki, bir çox hallarda 180 manatdan aşağı əməkhaqqı göstərilərək bəzi hallarda əməkhaqqı rəsmi olaraq tam şəkildə ödənilmirdi. Yeni sərəncamın nəticəsi olaraq artıq qanunvericiliyin tələbi olacaq ki, 180 manatdan aşağı əməkhaqqı göstərilməsin və bu, əməkhaqlarının leqallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamın digər bir müsbət cəhəti qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Ona görə də vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























