26 manat idi, Martdan 36 manat ödəniləcəkdir - VÖEN-İ OLANLAR ÜÇÜN ARTIM
Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar üçün DSMF-yə aylıq ödəniş 10 manat artacaqdır
Minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə fiziki şəxs sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DFMS) ödədikləri məcburi dövlət sosial sığorta haqqı da artacaqdır.
Ötən ilin sonunda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsinə baxmayaraq, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2018-də 130 manat idi) 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin; Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. Məsələn, Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs sahibkar hər ay DSMF-yə 130 manat olan minimum əməkhaqqının 20 faizi miqdarında və ya 26 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (Köhnə “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq).
Ötən il “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklik ilə, ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən sahibkarlar üçün nisbət 20%-dən 25%-ə qaldırılmışdır (Məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında). Amma qanunda qeyd edilib ki, dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin tarixədək sosial sığorta haqları 2019-cu il yanvarın 1-dək qüvvədə olan qayda ilə (14-cü maddəsinə uyğun olaraq) ödənilir.
“Marja”nın məlumatına görə, bu gün minimum əməkhaqqı 180 manata qaldırıldığından fiziki şəxs sahibkarlar üçün DSMF-yə ödəniş də artacaqdır. Bakı şəhərində fəaliyyət göstərənlər, Mart ayından etibarən 180 manatın 20%-i miqdarında, yəni ayda 36 manat DSMF-yə ödəniş etməli olacaqlar. 2019-cu ilin Yanvar və Fevral ayları üçün isə aylıq 26 manat məcburi dövlət sosial sığorta haqqı ödəniləcəkdir.
Gələn ildən bu məbləğ, minimum əməkhaqqı dəyişməsə 45 manata yüksələcəkdir.
Digər şəhər və rayonlarda fəaliyyət göstərənlər üçün də aylıq ödəniş artacaqdır: Sumqayıt və Gəncə üzrə 32,4 manat, respublika tabeli digər şəhərlər üzrə 28,8 manat, rayon mərkəzləri, digər şəhərlər və qəsəbələr üzrə 21,6 manat, kənd yerləri üzrə 18 manat.
Həmçinin Martın 1-dən ticarət və tikinti sahələrində faəliyyət göstərən sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqq 65 manatdan 90 manata yüksələcəkdir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata qaldırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
30 d. əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İyunun 6-da gözlənilən hava şəraiti
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!























