OPEC transformasiya oluna bilər
Səudiyyə Ərəbistanı və onun Fars körfəzi üzrə müttəfiqləri Rusiya başda olmaqla təşkilata üzv olmayan on ölkədən ibarət qrupun ittifaqının yaradılması ilə OPEC-i yenidən transformasiya etmək niyyətindədirlər.
Bu planın məqsədi dünya neft bazarına nəzarəti ələ keçirməkdir.
Bu barədə xəbəri “The Wall Street Journal” nəşrinə istinadla RBK saytı yayıb.
Xəbərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanı əvvəllər də Rusiyanın üzv olduğu tamamilə yeni təşkilat yaradılmasını təklif edib. Qəzetə məlumat verən mənbələr iddia edirlər ki, hələ 2018-ci ilin iyununda bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman energetika naziri Xalid Əl-Fəlihin vasitəsilə yeni kartelin yaradılmasını təklif edib.
OPEC ölkələri və Rusiyanın başçılıq etdiyi ölkələr qrupu neft kartelinin strukturunun dəyişdirilməsi məsələsini fevralın 18-də OPEC-in Vyanada keçiriləcək görüşündə müzakirə etməyi nəzərdə tuturlar. Yekun qərar isə aprel aynda qəbul ediləcək. OPEC mənbələri qəzetə bildiriblər ki, yaradılacaq ittifaq üç il müddətində fəaliyyət göstərəcək və icbari hüquqi qüvvəsi olmayacaq.
Neftin qiymətinin son iki ildə kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranan vəziyyətdən çıxış yolları axtarmaq üçün OPEC və on ölkədən ibarət qrup ilk dəfə 2016-cı ildə əməkdaşlığa başlayıblar. OPEC+ sazişinin iştirakçıları ötən ilin dekabrında 2019-cu il iyunun sonunadək gündəlik neft hasilatını 1,2 milyon barrel azaltmaq barədə qərar qəbul ediblər. Bu razılaşma aprel ayında dəyişdirilə bilər. Sazişə görə, ölkələr hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 3 faiz həcmində azaldırlar. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatını gündəlik 228 min barrel azaldacaq. Eyni zamanda, yanvarda Əl-Fəlih Moskvanın hasilatı gözlənildiyi qədər azaltmadığını bəyan edib. Rusiya tərəfi yanvarda bu rəqəmin gündəlik 47 min barrel olduğunu açıqlayıb.
Azərbaycan son OPEC+ sazişi çərçivəsində hasilatı gündəlik 2,5 faiz (20 min barrel) azaltmağı öhdəsinə götürüb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib




















