Estoniya iqtisadi cəhətdən ən çox inkişaf etmiş Baltikyanı ölkədir
Baltikyanı ölkələr eyni tarixi və xüsusiyyətləri daşımaqla bərabər oxşar iqtisadi inkişaf modelinə sahibdirlər. 90-cı illərin əvvəlində Sovet İmperiyasından ayrılması və 2004-cü ildə hər 3 ölkənin Avropa Birliyinə qoşulması onlara yeni imkanlar açdı. Baltikyanı ölkələrin istehsal strukturu, ticari partnyorları, əhali artım tempi oxşardır və son onillikdə bir sıra səbəblərdən dolayı azalma ilə müşahidə olunur. Lakin, Latviya və Litva ilə müqayisədə Estoniya iqtisadi cəhətdən daha çox inkişaf etmiş sayılır və bu bir sıra fərqliliklərə rəvac verir. Belə ki, əhalisi 1,3 milyon, ÜDM-i 46,5 milyard və adambaşına düşən ÜDM göstəricisi 36 min dollara yaxın olan Estoniya bu üçlüyün yeganə neft istehsalçısıdır.
Ticarət əlaqələrinin illik 10-30%-ni Baltik ölkələri ilə həyata keçirən Estoniyanın əsas iqtisadi tərəfdaşları yenə də Rusiya, İsveç və Finlandiya sayılır. Bundan əlavə elektrik və elektronik əşyaların istehsalı üzrə də Estoniya daha çox inkişaf edib. Skype, Transferwise, Taxify kimi məşhur startapların vətəni məhz bura sayılır.
İqtisadiyyatının bu qədər sürətlə inkişaf etməsinin, yüksəkhəcmli xarici investisiyaların ölkəyə daxil olmasının səbəblərindən biri də siyasi ortamın əlverişliliyidir. Estoniya dünyaya ilk onlayn siyasi səsverməni tanıdan ölkədir və nüfuzlu NATO, Schengen Area və Eurozone üzvüdür. Təhsil səviyyəsinin Qərbi Avropa ölkələrinin səviyyəsindən geri qalan tərəfi yoxdur. Tallin və Tartu universitetlərinin dünya reytinqində ilk 500-likdə qərarlaşması, habelə ingilisdilli olmayan ölkələr arasında ən yaxşı ingiliscə danışma səviyyəsinə görə 7-ci olması təhsilin yüksək səviyyədə olmasının sübutudur. Bu kimi iqtisadi, siyasi və sosial göstəricilər keçmiş illərdə ölkəsini tərk etmiş estonların yenidən vətəninə qayıtmasına və bununla bərabər, xaricdən təhsil, turizm və digər məqsədlərlə gələn immiqrantların sayının artmasına şərait yaratmışdır.
Müəllif: Ələkbərli Əli
Məqalənin hazırlanmasında istifadə edilmiş mənbələr:
1) stat.ee
2) https://ec.europa.eu/info/sites/info/files/eb024_en.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
4 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















