İcbari Sığorta Bürosu avtobus və mikroavtobus sahiblərinə müraciət edib
Son zamanlar icbari sığorta qeydiyyatı vahid sistem altında mərkəzləşdirilmiş, fərdi qəza hallarından icbari sığorta istiqamətində bir sıra dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində memorandum imzalanmışdır.
İcbari Sığorta Bürosu bildirir ki, bu pozitiv dəyişikliklərə baxmayaraq, sektorda bəzi narazılıq doğuran hallara da rast gəlinməkdədir. Hazırda gündəmdə olan məsələlərdən biri nəqliyyat vasitələri kimi avtobus və mikroavtobusların icbari sığortalanması məsələsidir. Qeyd edək ki, sığortaçılar tərəfindən icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə zidd haldır. Qeyd edək ki, bu kimi halların aradan qaldırılması məqsədilə hazırda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu tərəfindən konkret tədbirlər həyata keçirilir.
"Məlumat üçün bildirək ki, nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar bu problemlərlə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalamaq imkanına malikdirlər. Belə ki, sahibkar sığorta şirkətinə və ya sığorta vasitəçilərinə müraciət etmədən istənilən sığorta şirkətinin internet səhifəsi üzərindən müvafiq məlumatları daxil etməklə öz əmlakını elektron qaydada icbari sığortalaya və icbari sığorta nömrəsi əldə edə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ





















