Nazirlik hava şəraiti ilə bağlı növbəti dəfə xəbərdarlıq edib
Yanvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti təşkil edəcək.
Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
46 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 47 d. əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























