Azercell ilə rominqdə onlayn ol
"Azercell Telekom" MMC öz abunəçilərini rominq xidmətləri sahəsində sevindirməyə davam edir.
"Azercell Telekom" MMC xaricə səyahət edən abunəçiləri üçün internet xidmətini sərfəli qiymətə təqdim etməklə yanaşı, həmçinin xidmətdən istifadəni daha da asanlaşdırıb.
Müştərilərin xaricdə gözlənilməz xərclərlə üzləşmələrinin qarşısını almaq məqsədilə, Azercell hələ 2018-ci ilin iyul ayında rominqdə istifadə üçün nəzərdə tutulmuş mobil internet paketi təqdim edib.
Hazırda, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan və Yeni Zelandiya kimi populyar istiqamətlərdə Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər. Qeyd edək ki, şirkət tərəfindən bu siyahının genişləndirilməsi istiqamətində müntəzam olaraq aktiv işlər görülür.
Azercell abunəçilərinə rouminqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi. Paketlərdən 50 ölkədə 70-dən çox operatorun şəbəkəsində istifadə etmək mümkündür və siyahı daim yenilənir.
"Azercell"in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:
- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)
- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)
- Sadəlik (sadə və anlaşılan qiymətlər).
Azərbaycanın telekommunikasiya bazarında lider olan "Azercell Telekom" MMC yüksək keyfiyyətli mobil internetə çıxışı daha sərfəli etməklə, gələcəkdə də öz abunəçilərini sevindirməyə davam edəcək!
Əlavə məlumat üçün https://www.azercell.com/en/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















