“Kristal Abşeron” Xırdalanda yeni mənzillərə çıxarışlar təqdim etdi
(®) “Kristal Abşeron” şirkəti növbəti dəfə Xırdalan şəhərində inşa etdiyi binalarda mənzil alan vətəndaşlara çıxarışları təqdim edərək onları sevindirib.
Belə ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Kristal Abşeron” şirkəti ilə birgə Xırdalan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında növbəti “kütləvi çıxarış” kampaniyası həyata keçirib. Bu ilin ilk səyyar qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11 binadan ibarət yaşayış kompleksinin 195 mənzilli 4 binasını əhatə edib.
Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıblar. Sosial aksiya nəticəsində 80-ə yaxın "Kristal Abşeron" sakininə əmlaklarına dair çıxarışlar təqdim edilib.
Kampaniya çərçivəsində tək girişli 15 mərtəbəli yaşayış kompleksi üzrə 100-ə yaxın sakinə hüquqi xidmətlər göstərilib. Eləcə də vətəndaşlara qeydiyyat prosedurları barədə məlumat verilib. Tədbirdə iştirak edən bina sakinləri yaradılan şəraitdən, prosesin asanlaşdırılmasından, eləcə də Kristal Abşeron şirkətinin rəhbərliyindən razılıqlarını bildiriblər. Sakinlər qısa zamanda, heç yerə getmədən, heç bir quruma müraciət etmədən mənzillərinə dair çıxarışları çox asanlıqla əldə etdiklərini və bunun üçün “Kristal Abşeron” şirkətinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 15 ildir inşaat bazarında öz sözünü demiş “Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir. Ən əsası isə mənzillər qısa zamanda çıxarışla təmin edilir. Bir sözlə, mənzil alarkən çıxarış problemi ilə üzləşməmək üçün “Kristal Abşeron”u seçə bilərsiniz.
Daha ətraflı məlumat əldə etmək istəyənlər *1544,
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
5 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
6 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























