Gürcüstanda Azərbaycanın tərəfdaşı olduğu yeni terminalın inşası ilə bağlı müqavilə imzalanıb
Gürcüstanın Batumi limanında mineral gübrələr üçün terminalın inşa olunması ilə bağlı müqavilə imzalanıb.
Sənədə əsasən, ABŞ-ın "Trammo" korporasiyası “Wondernet Express Investment Group” şirkəti ilə birgə terminalın tikintisinə 20 mln. dollar investisiya yatıracaq.
İmzalanma mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia və Acarıstan MR-nın hökumət üzvləri iştirak ediblər.
G.Kobulia müqaviləni əhəmiyyətli adlandırıb: “Yeni terminalın inşası Mərkəzi Asiyadan olan yüklərin artmasına, Gürcüstanın dəmir yollarına yeni yüklərin cəlb olunmasına və yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.
Nazir terminalın regional əhəmiyyətini qeyd edərək, layihənin Acarıstan və ümumilikdə, Gürcüstan iqtisadiyyatının artmasına töhfə verəcəyini bildirib.
Layihəyə əsasən, Mərkəzi Asiyaölkələri, Azərbaycan və Gürcüstan arasında Qara dəniz limanı vasitəsilə loqistika dəhlizinin yaradılması nəzərdə tutulub.
“Wondernet Express Investment Group” şirkəti layihə üzrə əsas tərəfdaşlar olan “Gürcüstan dəmir yolları” SC, Batumi limanı, “Azərbaycan dəmir yolları” QSC və Bakı limanı ilə artıq sazişlər imzalayıb.
Batumi limanında inşa olunacaq yeni multimodal terminal müasir avadanlıqlarla təchiz olunacaq, anbar obyektləri 60 min ton mineral gübrənin saxlanılması üçün nəzərdə tutulacaq. İnşasına bu ilin yazında başlanılması planlaşdırılan terminal ildə 1,2 mln. tona qədər mineral gübrə emal etmək gücünə malik olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























