“Morgan Stanley” neft qiymətlərinə dair proqnozunu azaldıb
“Morgan Stanley” etalon neft markalarının qiymətlərinə dair 2019-cu il üzrə proqnozunu bir barel üçün 7-7,5 ABŞ dolları azaldıb.
Şirkətin proqnozuna görə, ilin birinci rübündə “Brent” markalı neftin bir bareli əvvəl ehtimal edildiyi kimi, 65 dollara yox, orta hesabla 58 dollara satılacaq. İkinci rübə dair proqnoz 60 dollar, üçüncü rübə 62,5 dollar, dördüncü rübə isə 65 dollar təşkil edəcək. Bu da əvvəlki proqnoza nisbətən 7,5 dollar azdır.
Bununla yanaşı, “Morgan Stanley” WTI markalı neftin bir barelinin yanvar-mart aylarında əvvəlki proqnoza nisbətən 7 dollar ucuz, yəni orta hesabla 49 dollara yaxın qiymətə, aprel-iyun aylarında 52 dollara, iyul-sentyabr aylarında 55 dollara, oktyabr-dekabr aylarında isə 58 dollara satılacağı qənaətindədir.
Şirkətin ekspertləri neft bazarının 2019-cu ildə bütövlükdə tarazlı göründüyü, bunun da kotirovkaların indiki səviyyəsindən bir qədər geri qayıdacağına müəyyən ümidlər yaratdığı fikrindədir.
Ekspertlərin qənaətincə, 2020-ci ildə “Brent” markalı neftin bir bareli orta hesabla 65 dollara, WTI markalı neft isə 58 dollara satılacaq.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























