"Apple"ın yeni proqnozu nefti də vurdu
Qlobal iqtisadiyyatın sağlamlığına dair investor qorxuları yenidən artıb. "Marja" xəbər verir ki, bununla əlaqədar olaraq risk iştahı azalıb və neft qiymətləri düşür.
Texnologiya nəhəngi "Apple Inc." satış və gəlir proqnozlarını aşağı salıb. "Apple"ın proqnozlarını aşağı salması, ABŞ və Çin arasında ticarət müharibəsinin dünyanın ən böyük iki iqtisadiyyatına zərər verməsinin əlaməti kimi qiymətləndirilir.
HƏMÇİNİN OXU: Apple 20 ildir ilk dəfə satış proqnozunu aşağı saldı
Vaşinqtondakı siyasi qarışıqlıq və qlobal mərkəzi bankların faiz artırması ilə yanaşı, ticarət münaqişəsi neft üzərində təzyiq yaradır. İnvestorlar, ABŞ-da neft hasilatının artmasına görə, OPEC və tərəfdaşlarının hasilatı azaltmaq strategiyasının səmərəli olacağından şübhələnirlər.
Analitiklər bildirilər ki, neft, o cümlədən bir çox əmtəələr, zəif iqtisadi göstəricilər və "Apple"ın gəlir proqnozunu aşağı salınmasının ardından ucuzlaşır. "Apple"ın gəlir proqnozunu aşağı salması Çinin iqtisadi artımının yavaşladığına işarədir.
Qərbi Texas nefti (WTI) 1.15 dollar düşərək 45.39 dollara, Brent nefti 1,1% ucuzlaşaraq 54.32 dollara enib. Brent nefti ötən gün 2.1% bahalşma ilə 54.91 dollara yüksəlmişdi.
Xəbər verdiyimiz kimi, Apple, ilk rüb üçün satış gəliri gözləntisini 89-93 milyard dollar aralığından 84 milyard dollara endirib. Apple-ın İcraçı direktoru Tim Kuk investorlara göndərdiyi məktubda gəlir proqnozun azaldılmasına səbəb olaraq Çindəki zəifləməni, gözləntilərdən aşağı iPhone satışlarını, digər ölkələrdə yeni iPhone modellərinə tələbatın düşündükləri qədər güclü olmamasını göstərib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























