Nağdlaşdırmaya tətbiq edilən 1% vergilə bağlı AÇIQLAMA

Nağdlaşdırmaya tətbiq edilən 1% vergi effekt vermir. Nağd vəsaitin çıxarılması daha da artıb.
“Marja”nın məlumatına görə, 1% verginin nağdsız ödənişlərə təkən verməməsinə baxmayaraq Vergilər Nazirliyi bu vergini ləğv etmək niyyətində deyil.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, nağdlaşdırmaya tətbiq edilən 1% verginin ləğv edilməsi nəzərdə tutulmur.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında jurnalistlərdən birinin, “Pul vəsaitini nağdlaşdıran zaman tutulan 1% verginin ləğv edilməsi nəzərdə tutulur?” sualına Natiq Şirinov, “Sizə (jurnalisti nəzərdə tutur-red) bir sual verim. Əgər ötən ilin 11 ayı ilə müqayisədə banklardan çıxarılan nağd pulun məbləği əhəmiyyətli səviyyədə artmışdırsa, bu 1% vergini ləğv etmək olar?!”,-cavabını verib. Sualı verən jurnalist isə Natiq Şirinova “Hökumət baxımından ləğv etmək olmaz” cavabını verib.
“MÜƏYYƏN QÜVVƏLƏR VAR Kİ, BUNU İSTƏMİR”
Vergilər Nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, nağdlaşdırmanın həddindən artıq yüksək olması şəffaflığın olmadığına işarədir: “Şəffaflaşmaya ən birinci əngəl nağdlaşdırmanın həddindən artıq yüksək olmasıdır. 1% tutulur, amma nağdlaşdırmanın səviyyəsi azalmır, artır. Dövlətin bu məsələdə mövqeyi qətidir, bu məsələdə geriyə addım atılmır. Çünki biz nağdsız ödənişlərin səviyyəsini artırmasaq, digər məsələlərin də həllində çətinliklər ilə üzləşəcəyik. Korrupsiyaya, rüşvətxorluğa da şərait yaradan nağdlaşdırmadır. Nağdsız ödənişlər artsa, korrupsiya da həllini tapacaq. Amma müəyyən qüvvələr var ki bunu istəmir. Dövlət də bildiyini edir. Düşünürəm ki, bu məsələdə geriyə addım atmaq düzgün olmazdı”.
Qeyd edək ki, sahibkarların və şirkətlərin hesablarından nağd vəsait çıxartmalarını məhdudlaşdırmaq, nağdsız ödənişləri isə stimullaşdırmaq üçün 1% vergi tətbiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 8 d. əvvəl
-
-
14 d. əvvəl
Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI
-
37 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
