Həyat sığortası 68%, qeyri-həyat sığortası isə 11% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 312 milyon 457 min manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına görə, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 67,5% çoxdur.
11 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 351 milyon 434 min manat təşkil edib. Bu isə illik müqayisədə 10,6% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 17,5% azalaraq 93,67 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,15% artaraq 130 milyon 469 min manata çatıb.
Beləliklə, 2018-ci ilin yanvar-noyabrında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-noyabrında müvafiq olaraq 60,8 manat və 36,95 manat olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























