"İşçilərin hüquqları məhdudlaşır və ayrı-seçkilik yaranır"- İstehsalat təqvimindəki uyğunsuzluqlar

Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin başlıca fəaliyyət istiqaməti olduğunu nəzərə alaraq iş vaxtının rejimləri üzrə apardığımız araşdırma zamanı qarşılaşdığımız bir neçə problemli məqamları diqqətinizə təqdim etmək istərdik.
Bildiyiniz kimi, iş vaxtı rejiminin düzgün tənzimlənməsində, əmək haqqının qanunvericiliyinin tələblərinə uyğun hesablanmasında respublika üzrə aylıq və illik iş vaxtı normalarının müəyyən edilməsi olduqca vacibdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96.3-cü maddəsinə əsasən hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının norması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir. Bu səlahiyyət 29 dekabr 2015-ci il tarixli 91-VQD nömrəli “Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirliyə verilmişdir və Nazirlik müvafiq kollegiya qərarları ilə hər il növbəti il üçün istehsalat təqvimi və iş vaxtının normasını təsdiq edir. Qərarlarda hər dəfə təkrarlanan aşağıdakı müddəalara diqqəti çəkmək istərdik:
“Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.”.
Son üç ilin istehsalat təqvimləri üzrə apardığımız hesablama zamanı məlum oldu ki, altıgünlük iş həftəsi üzrə aylıq iş vaxtının norması ilə beşgünlük iş vaxtının norması arasında aylar üzrə fərq vardır (məsələn, 2018-ci il üzrə bu fərq illik norma üzrə 18 saat təşkil edir). Gündəlik tarif maaşının aylıq iş vaxtı normasına əsasən müəyyən olunduğunu nəzərə alsaq, altıgünlük iş həftəsində işləyən işçilər hər ay öz iş saatlarına uyğun olaraq çalışmalarına baxmayaraq, beşgünlük iş vaxtının norması tətbiq edildiyi üçün ay sonunda ya artıq saatlara görə əlavə ödəniş almalı, ya da normaya çatmayan əksik saatlara görə az əmək haqqı almalıdırlar. Bu da öz növbəsində işçilərin hüquqlarının məhdudlaşdırılmasına və işçilər arasında ayrı-seçkiliyin yaranmasına səbəb olur.
Bundan başqa qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adıçəkilən kollegiya qərarları “Normativ Hüquqi Aktlar haqqında” Konstitusiya Qanununa müvafiq olaraq normativ hüquqi akt (dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd) hesab edilir və həmin Qanunun 85.2-ci maddəsinin tələbinə əsasən yalnız Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında (www.huquqiaktlar.gov.az) dərc edildiyi gündən qüvvəyə minir.
Lakin 2015-ci ildən hazıradək adıçəkilən kollegiya qərarlarının heç biri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Bu xüsusat isə həmin qərarların hüquqi qüvvəsinin olmadığını deməyə əsas verir.
Yuxarıda göstərilənlər nəzərə alınaraq, iş yerlərində iş rejiminin işçilər arasında ayrı-seçkiliyə yol verilmədən düzgün tənzimlənməsini təmin etmək məqsədilə, 2019-cu ilin istehsalat təqvimi hazırlanarkən altıgünlük iş həftəsi olan iş yerlərində beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı normasının tətbiq edilməsinə dair imperativ normanın Kollegiya qərarına daxil edilməməsini, eyni zamanda həmin Kollegiya qərarının normativ hüquqi akt kimi Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün tədbir görülməsini təklif edirik.
Qeyd edək ki, təsis etdiyimiz www.hrclub.az internet səhifəsi insan resurslarının idarə edilməsi sahəsində bir çox modullar üzrə daha təkmil üsul və metodları daim öyrənir, əldə etdiyimiz bilik və informasiyanı heç bir maddi maraq güdmədən dövlət orqanlarında, özəl sektorda, ictimai birliklərdə çalışan insan resursları üzrə mütəxəssislərlə paylaşaraq bu sahənin inkişafına töhfələr verməyə çalışırıq.
Müəllif: Orxan Quliyev, HRclub.az saytının təsisçisi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
55 d. əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
1 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
2 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
