Gürcüstan bank kreditlərinin həcminə görə Azərbaycanı keçib
Gürcüstan banklarının müştərilərə verdikləri kreditlər 25,8 milyard lariyə (təqribən 16,3 milyard manat həcmində) çatıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 30 Oktyabr 22018-ci il tarixində kredit qoyuluşları 12 milyard 281,3 milyon manat təşkil edib.
Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bankın məlumatına görə, fiziki və hüquqi şəxslərin banklardan götürdükləri kreditlərin həcmi hər il artır. Kreditlər müxtəlif sahələr üzrə verilib.
Cari ilin 10 ayında Gürcüstan bankları tərəfindən ən çox kredit sənaye, ticarət, tikinti, restoran və otelçilik sahələrinə ayrılıb.
Hesabat dövründə sənaye sahəsinə 2,8 milyard lari, ticarət sahəsinə 2,5 milyard lari, tikintiyə 1,1 milyard lari, restoran və otel işlərinə isə 1,03 milyard lari verilib.
Digər sahələrə ayrılan kreditlər isə bir qədər azdır.
Belə ki, hesabat dövründə daşınmaz əmlak üzrə əməliyyatların aparılması üçün 551 min 219 lari, kənd təsərrüfatı sahəsinə 409 min 462 lari, səhiyyəyə 459 min 68 lari, təhsilə isə 134 min 622 lari kredit ayrılıb.
Bankın məlumatına görə, cari ilin oktyabrında verilən cəmi kreditlərin həcmi sentyabr ayı ilə müqayisədə 3,7 faiz və ya 921,8 milyon lari artaraq 25,8 milyard lari təşkil edib.
Milli valyuta ilə verilən kreditlərin həcmi 2,2 faiz və ya 237,5 milyon lari xarici valyutada verilən kreditlərin həcmi isə 4,9 faiz və ya 684,3 milyon lari artıb.
Bankın məlumatına görə, yanvar-oktyabr aylarında fiziki şəxslərə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 484,2 milyon lari və 3,6 faiz artaraq 13,8 milyard lari təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası























