“BMS Global” şirkəti “BakuTel 2018”də SAP həllərini nümayiş etdirir
Texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısıolan Azərbaycanın “BMS Global” şirkəti “BakuTel 2018” sərgisində iştirak edir.
“BMS Global” şirkətinin Satış və Marketinq direktoru Səid Mədətovun verdiyi məlumata görə, bu ilki “Baku Tel 2018” sərgisində şirkət əsasən kiçik və orta biznes sahələrini əhatə edən “SAP Business One” – müəssisə resuslarının idarəedilməsi həllərini, “SAP Business One Cloud” – server avadanlığı sərmayəsi tələb etməyən Bulud həllərini, “SAP SuccessFactors”- şirkət çalışanlarının şirkətin hədəflərin mənimsəməsini və istənilən performansın daima yüksəkdə tutan dəyərləndirmə həllərini, həmçinin bu yönümdə digər məhsullarını nümayiş etdirir.
Qeyd edək ki, “BMS Global” 2005-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Şirkət əsasən texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb. "BMS Global" beynəlxalq şirkətlərin məhsullarının tətbiq edilməsində illərin təcrübəsindən irəli gələn ən effektiv və praktiki həlləri təklif edir və qısa müddət ərzində müştərilərin cari biznes proseslərini təhlil edir, şirkətlərinin gəlirliliyinin artırılması üçün yardım edən, biznesdəki üstün tərəflərini inkişaf etdirən, yenilik və inkişaf üçün yeni fürsətlər yaradan və rəqabətdə öndə qalmağa kömək edən konsaltinq xidmətləri təklif edir.
Biznes konsaltinq şirkəti kimi bir sıra dövlət müəssisələrində, bank, sənaye və istehsalat, satış və dağıtım sektorunda, səhiyyə, təhsil, nəqliyyat,telekomnikasya, bir sözlə özəl sektorun öndə gedən şirkətlərində uğurlu layihələr həyata keçirmişdir.
13 illik ERP tətbiqi təcrübəsinə malik olan şirkətin müştəriləri siyahısında qardaş Türkiyə dövlətinin bir neçə şirkətini də görmək olar .
Qeyd edək ki, biznes proseslərinin uzunmüddətli inşkişaf istiqamətində istənilən böyüklükdə şirkətlərdə 45 ildən çox iş təcrübəsinə malik olan SAP ERP sistemi, 1972-ci ildən dünya ERP bazarında fəaliyyət göstərir.
“Digital Journal” nəşrinin 2018-ci ilin sentyabr ayına yayımladığı reytinqlərində illərdi liderliyini qoruyan SAP ERP sistemi birinci yerlə bazarının şəksiz lideri olaraq qalır.
SAP ERP sistemi, Azərbaycan ERP bazarında 15 ildən artıqdır ki, mövcuddur. Sistem iri, orta və kiçik ölçülü şirkətlərdə qurulmuşdur. SAP ERP sistemi Azərbaycan tələblərinə və uçot standartlarına uyğunlaşdırılmışdır. Azərbaycanda mövcud 10 iri şirkətdən 7-də SAP ERP həlləri uğurla istismar olunur.
"BMS Global" şirkəti SAP-la bərabər sektorunda dünyanın liderləri olan Microsoft, Oracale, Opentex, Bimser, Suse, Redhat, HP, Symantec, Kaspersky kimi şirkətlərin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Ətraflı məlumat
"BMS Global"
3-cü mərtəbə, Qafqaz Business Center 95,
H.Əliyev pros., Bakı, Azərbaycan.
T: +994 12 4801027
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
15 d. əvvəl
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb - YENİLƏNİB
-
25 d. əvvəl
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
- 34 d. əvvəl
-
35 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank" audit olunmuş maliyyə göstəricilirəni açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub
"Kapital Bank" audit olunmuş maliyyə göstəricilirəni açıqladı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
Rəsmi məzənnələr açıqlandı





.jpg)







.jpg)










