Bu gün 400 manat ödənir, gələn ildən 83 manat ödəniləcək – VERGİLƏRDƏN AÇIQLAMA
Sadələşdirilmiş vergi rejimində olan bəzi vergi ödəyicilərinin gəlir vergisinə keçməsi onların ödənişlərini artırmayacaq, əksinə bəzi hallarda azaldacaq. Bunu Vergilər Nazirliyində keçirilən brifinqdə Vergilər Nazirliynin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva məcəlləyə dəyişiklikləri izah edərkən bildirib.
Onun sözlərinə görə, dəyişikliklərə əsasən, bəzi təbəqələr əvvəlki kimi sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər, amma bu o demək deyil ki, onlar hökmən ƏDV ödəyicisi olmalıdırlar. Həmin şəxslər ya gəlir, ya da mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. "Yalnız öz seçimlərinə uyun olaraq, istəsələr ƏDV ödəyicisi ola bilərlər. Amma illik dövriyyəsi 200 min manata qədər olduqda onların məcburi qaydada ƏDV ödəyicisi olması ilə bağlı (Vergi Məcəlləsinə) heç bir müddəa daxil edilməyib".
S.Musayeva bildirib ki, həmin şəxslərə münasibətdə gəlir vergisi və mənfəət vergisi üzrə 75% güzəşt müəyyən edilib: "Üstəlik həmin subyektlər tərəfindən gəlirlərinin və xərclərinin dəqiq və şəffaf uçotu aparıldığı halda həmin sahibkarlıq subyektlərinin öz mənfəətinin, gəlirlərinin bölüşdürülməsi zamanı təsisçilərə divident vergisindən də azad edilib".
S.Musayeva bildirib ki, sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisinə keçməsi, ödənişlərin artması demək deyil: "Biz istəyərdik ki, gəlir vergisinin dərəcəsinin 20% olmasının, əvvəlki 4%-lə müqayisə olunmasın. Çünki sadələşdirilmiş vergi ümusi dövriyyədən tutulur. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və hüquqi şəxslərdə mənfəətdir.
Və biz hazırkı şərti mənəfət dərəcəsini götürsək, aylıq 10 min manat gəliri olan şəxslər bu gün 4% yəni 400 manat vergi ödəyir. Gələn il isə belə şəxslər şərti olaraq 20% rentabelli işlədiyi halda və dövlətin verdiyi mənfəət və gəlir vergisinə olan güzəştləri nəzərə alanda ayda cəmi 83 manat vergi ödəyəcək".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası























