“Mənzilləri satıb, pulları İlham Qasımovla xərcləyib”
Dələduzluqda, vergidən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilən Sahib İbrahimovun istintaqa ifadəsi məlum olub.
Xəbərə görə, məşhur İbrahimovlar ailəsinin bir üzvü olan Sahib Bakıda mənzil tikintisi ilə məşğul olub. Onun bir qardaşı, hamımızın tanıdığı hacı İbrahim Nehrəmli də bu sahədə fəaliyyət göstərib. Ən sonuncu və yarımçıq qalan işi isə “Xəzər adaları” olub. Bu layihə həm də Nehrəmlini bitirən iş kimi yadda qalıb. Digər qardaşları Nazim İbrahimov isə 16 il Diasporla İş üzrə Dövlət Komitəsinin sədri işləyib.
Sahib İbrahimov 50-dən çox vətəndaşa 3 milyon manatdan artıq pul “atmaq”da, 1,5 milyon manat pulu vergidən yayındırmaqda, qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon manat gəlir əldə etməkdə, vəzifə saxtakarlığında ittiham olunur.
O, istintaqın ilkin mərhələsində həbs olunub və Kürdəxanı təcridxanasında “yatıb”. Zərərin bir hissəsini ödədikdən sonra azadlığa buraxılıb. Hazırda ev dustaqlığında olan Sahib İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva baxır.
S.İbrahimov ifadəsində bildirib ki, biznes fəaliyyətinin ilk illərində tanınmış milyonçu İsgəndər Xəlilovla birgə işləyib: “1996-cı ildə universiteti bitirəndən sonra sahibkarlıqla məşğul olmağa başlamışam. 2004-cü ildə qaynım Taleh Abdullayev “Sahil D Kompani” MMC-ni təsis edib. 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub ki, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tiksin. “İSR Holdinq” isə bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etdi. Məzahir Cəfərov da rəhmətə gedib. Bundan sonra bütün mənzilləri Məzahir Cəfərov satdı.
1999-cu ildə 95 faiz payı mənə aid olan “STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə 14 ünvanında yaşayış binasının tikintisinə başladı. 2006-2008-ci illərdə bina tikilib vətəndaşlara satıldı. Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət tədbiri ilə əlaqədar söküldü və oradan bina alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə M. Cəfərov tərəfindən “Sahil D Kompani”nin tikdiyi binadan mənzil verildi. “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə verməkdən imtina etdi və itirdiyini dedi. Mən də Talehə müraciət edib MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan mən bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə 2-ci möhürlə onlara mənzil satıb.
Mən “Sahil D Kompani”nin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləmişəm, amma Məzahir Cəfərova “STS” şirkəti adından “Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası ilə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib.
Həmin binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməmişəm, onlardan pul almamışam. O vətəndaşlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib. Amma Zabit Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam və razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə 100 min manat borcum qalıb, onunla bağlı a borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.
Sahib İbrahimov Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi 8+ mansard tipli binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bilib və MMC-dəki digər vəzifəli şəxslərin, mühasiblərin bundan məlumatsız olduğunu deyib.
S.İbrahimov əlavə edib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödəyib. Qalan pulu isə ödəmək imkanının olmadığını bildirib: “Bu binanın satışından əldə olunan pul vəsaitləri dövlətin göstərişi ilə Səttar Bəhlulzadə küçəsindəki binanın sakinlərinin köçürülməsinə sərf olunub. Həmin bina mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb və biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilmədiyimiz üçün vergini ödəyə bilməmişik”.
Sahib İbrahimov zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödəyib. Onlardan biri, Etibar Allahverdiyevə olan 141 min manat borca görə Baş Prokurorluğun Beynəlxalq Bankdakı hesabına 126 min manat köçürüb. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı ödəniş etməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





